Azerpoçt
Beynəlxalq qaydalara əsasən çəkisi 500 qramdan çox olan kiçik paketin poçt şöbəsində verilməsi zamanı əlavə olaraq 0,60 AZN məbləğində verilmə haqqı alınır.
Kiçik paket məktub poçt növünə aid olduğu üçün onun maksimum çəkisi 2 kq, bağlamanın maksimum çəkisi isə 30 kq müəyyən edilir.
Poçt şöbəsində aparılmış istənilən ödənişə görə müştəriyə mütləq qaydada üzərində məbləğ qeyd olunan və təqvim möhürü vurulan hesabat qəbzi təqdim olunmalıdır.
“Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun olaraq öhdəliklər icra olunmadıqda və ya qismən icra olunduqda poçt rabitəsi xidmətlərinin istifadəçisi poçt rabitəsi operatoruna qarşı şikayət etmək hüququna malikdir. Daxili poçt göndərişləri və pul köçürmələrinə dair şikayətlərinizi poçt rabitəsi operatoru tərəfindən baxılmalı və qeydə alındığı gündən 15 iş günü müddətində, beynəlxalq poçt göndərişləri, pul köçürmələri üzrə iradlar isə ÜPİ aktları və ikitərəfli müqavilələrlə nəzərdə tutulan qaydada və müddətlərdə qəbul edilir, 3 ay ərzində baxılaraq istifadəçiyə yazılı məlumat verilir. Şikayətiniz olduğu zaman office@azerpost.az email ünvanına və “Azərpoçt” MMC-nin facebook sosial şəbəkəsindəki səhifəsinə (https://www.facebook.com/azerpost.az/) yaza və ya 7/24 çalışan 169 çağrı mərkəzinə zəng edərək məlumat verə bilərsiniz.