Azerpoçt

FAQ

Bəli, mümkündür. Yol Hərəkəti Qaydalarının pozulmasına görə cərimələrin ödənilməsi üçün protokolun nömrəsi və ya sürücülük vəsiqəsindəki məlumatlarla bütün poçt şöbələri və “Şəbəkə” xidmət mərkəzlərimizə müraciət edə bilərsiniz.

Bəli, var.

Poçt göndərişinin çatdırılması haqqında xəbərnamə – qeydiyyatlı poçt göndərişinin verilməsi barədə verilmə tarixi və alıcının soyadı, fiziki xəbərnamədə həm də alıcının imzası göstərilməklə göndəriciyə və ya onun səlahiyyət verdiyi şəxsə kağız və ya elektron şəkildə məlumatın ötürülməsidir.

Poçt göndərişləri sadə, sifarişli və qiyməti bəyan olunmuş olaraq kateqoriyalara bölünür.

“Azərpoçt” MMC-nin rəsmi internet saytının (www.azerpost.az) əsas səhifəsində Poçt filialları, şöbələri və indekslərinin axtarışı bölməsi müştərilərin xidmətindədir. Siz Azərbaycan ərazisində axtardığınız poçt şöbələrinin indeksini bu bölmədən tapa bilərsiniz.

Poçt ünvanı dəqiq və tam olmalıdır. Ünvanda qısaldılmış adların və ünvana aid olmayan işarələrin göstərilməsinə icazə verilmir. Ünvançının ünvanı poçt göndərişinin aşağı sağ hissəsində, sətirlər və sözlərin hərfləri arasında boş yer saxlanılmadan yazılır. Göndəricinin ünvanı poçt göndərişinin ünvan tərəfinin yuxarı sol hissəsində qeyd olunur. Daxili poçt göndərişlərində ünvanlar və qeydlər Azərbaycan dilində yazılmalıdır. Beynəlxalq poçt göndərişinin üzərində isə alıcının adı, soyadı və onun poçt ünvanı latın hərfləri və ərəb rəqəmləri ilə yazılır. Alıcının ünvanı dəqiq və tam olmalıdır. Poçt ünvanı təyinat ölkəsinin dilində yazıldıqda, onun altında yaşayış məntəqəsinin və təyinat ölkəsinin adı Azərbaycan dilində baş hərflərlə təkrar olunur.