Azerpoçt
Mövcud təlimata əsasən hər hansı bir yaşayış məntəqəsinə teleqram göndərərkən sözlərin sayında məhdudiyyət yoxdur.
Vətəndaş poçt göndərişi zamanı gömrük bəyannaməsini ümumi qaydalara uyğun doldurubsa bu poçt göndərişini gömrük baxışına təqdim etmək üçün kifayət edir.
Yalnız qeydiyyatlı poçt göndərişləri üçün qəbz təqdim edilməklə poçt göndərişləri üçün axtarış ərizəsi verilə bilər.
Poçt qutusuna atılan və markası tarifə uyğun vurulan sadə məktubun çadırılması mümkün olmadıqda F-20 arayışı tələb olunur, çatdırılmama səbəbi qeyd olunur və göndəricinin ünvanına geri qaytarılır.
Markasız poçt qutusuna atılan sadə məktub göndəriciyə geri qaytarılır. Qaytarılma səbəbi vətəndaşın çatdırılma haqqını ödəməməsidir. Bu göndərişlərə əlavə olunmuş arayışda qaytarılmanın səbəbi göstərilir və arayış poçt işçisinin imzası və təqvim ştempeli ilə təsdiqlənir.
Göndərişin poçt şöbəsində maksimum saxlanma müddəti 1 aydır. İstisna hallarda müştərinin yazılı ərizəsinə əsasən saxlanma müddəti 2 aya qədər uzadıla bilər.