Haqqımızda
Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda respublika ərazisində geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə, eləcə də hüquqi şəxslərə münasib qiymətlərlə ənənəvi və qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir.
2010-cu ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən milli poçt operatoruna maliyyə xidmətlərinin göstərilməsi üzrə razılıq (lisenziya) verildikdən sonra “Azərpoçt” MMC Beynəlxalq ödəniş sistemləri olan SWIFT-ə, 2011-ci ildən “MasterCard” ödəniş sisteminə, 2022-ci ildən “VİSA” ödəniş sisteminə, ölkə daxilində isə XÖHKS-ə, AZİPS, HÖP-ə və digər ödəniş sistemlərinə qoşularaq bu sistemlərin imkanlarından istifadə edir.
Gündəlik xidmət zamanı müştəri məmnuniyyətinə və yüksək xidmət keyfiyyətinə nail olmaq bizim missiyamızdır.
Fərqli xidmət və müştəri bazası ilə davamlı inkişafı təmin edən müştəri yönümlü şirkətə çevrilmək bizim hədəfimizdir.
Biz sürətlə dəyişən mühitə uyğunlaşmağın yeganə şərtinin dəyişmək və inkişaf etmək olduğuna inanır və bunu daimi bir proses kimi görürük.
Biz ən kiçik əməkdaşlıqların belə böyük uğurlarla nəticələndiyini bilir və müvəffəqiyyət üçün birgə fəaliyyəti üstün tuturuq.
Biz həqiqi uğurların kökündə dürüst bir yanaşmanın olduğuna inanır və dürüstlük nümayiş etdirməkdən çəkinmirik..
Biz həqiqi uğurların kökündə dürüst bir yanaşmanın olduğuna inanır və dürüstlük nümayiş etdirməkdən çəkinmirik.