Azerpoçt

FAQ

“Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na əsasən nağd xarici valyutanın alış və satış məzənnələri “Azərpoçt” MMC tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr “Azərpoçt” tərəfindən xüsusi əmrlə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər.

Xarici ölkədən göndərilən pul həmin ölkənin qanunvericiliyi və beynəlxalq pulköçürmə sistemlərinin tələblərinə uyğun olaraq tənzimlənir. “Azərpoçt” tərəfindən daxil olan məbləğə heç bir məhdudiyyət yoxdur.

“Azərpoçt” MMC kredit və depozit istisna olmaqla digər maliyyə əməliyyatlarını həyata keçirir.

Bəli, “Azərpoçt” MMC-nin bankomatlarından Mastercard və ya Visa kartlarınızla nağdlaşdırma əməliyyatı apara bilərsiniz. Nağdlaşdırma zamanı kartınızın məxsus olduğu bank tərəfindən təyin olunan komissiya haqqı tutulacaq. (bankınız pulsuz nağdlaşdırma imkanı verirsə, o zaman komissiya tutulmayacaq).

Fiziki şəxslər gün ərzində 1000 ABŞ dolları, ay ərzində isə 10 min ekvivalentini aşmamaq şərti ilə hesab açmadan pul köçürməsi həyata keçirə bilər. 1000 dollardan artıq köçürmə etmək üçün “Azərpoçt” MMC-nin müştəri xidmətləri şöbələrinə müraciət etmək lazımdır. Birinci dərəcəli qohumluq haqqında müvafiq sənədləri təqdim etdiyinizdə, sizin adınıza cari hesab açılaraq pul köçürülə bilər.

Ölkədaxili pul köçürməsinin göndərilməsi və ödənilməsi manatla həyata keçirilir və məbləğdə məhdudiyyət yoxdur. İstəyinizə əsasən avro poçt şöbəsindəki günün kursuna uyğun olaraq milli valyutaya konvertasiya edilərək göndərilə bilər.