Azerpoçt

FAQ

Hər bir fiziki şəxs hesab açmadan 1 əməliyyat günü ərzində 1000(min) ABŞ dolları ekvivalentini aşmamaq şərti ilə xarici valyutanı sərbəst şəkildə ölkədən xaricə köçürə bilər.

Ölkədaxili pul köçürmələri 40 gün müddətində tələb edilməzsə saxlanca götürülür və göndərici tərəfindən tələb olunan müddətə qədər saxlancda qalır. Göndərici tələb etsə tarixindən aslı olmayaraq geri qaytarılır. Pul köçürməsi saxlanca götürüldükdə isə müştəri filial müdirinə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Eyniləşdirmə aparıldıqdan sonra pul köçürməsi alıcıya ödənilir. Bu proses göndəricinin tələbinə əsasən həyata keçirilir.

Pulköçürməsi alıcı tərəfindən alınmazsa rüsum geri ödənilmir.

Alıcı vəfat etdiyi halda pulköçürməsi göndəricinin istəyinə əsasən geri qaytarıla və ya notarial qaydada təsdiq olunmuş sənədlərə əsasən alıcının hüquqi vərəsəsinə ödənilə bilər.

Hər bir şəxs ancaq öz şəxsiyyət vəsiqəsini təqdim etməklə adına daxil olan pulköçürməsini ala bilər.

support chat