Azerpoçt

FAQ

Poçt şöbəsində valyuta mübadiləsini həyata keçirən əməliyyatçının vəzifəsi gündəlik valyuta məzənnələrini göstərən tablonun müştərilərin aydın şəkildə görə biləcəyi yerdə asılı olmasını təmin etmək və aparılmış hər bir valyuta mübadiləsi əməliyyatına dair sistemdən çıxarışı müştəriyə təqdim etməkdən ibarətdir.

“Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”na əsasən yalnız əməliyyat günü ərzində şöbədə xarici valyuta və ya manat vəsaitləri bitdiyi halda mübadilə şöbəsi alış və ya satış əməliyyatından imtina edə bilər.

Mübadilə şöbəsində nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə, bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır.

Poçt şöbələrində məzənnələr rəqabətlilik prinspi əsasında, bazar araşdırması nəticəsində müəyyən olunur və qanunvericilkdə bununla bağlı heç bir məhdudiyyət nəzərdə tutulmayıb.

Poçt şöbələrində valyuta məzənnələri “Azərpoçt” MMC-nin “Valyuta məzənnələrinin müəyyənləşdirilməsi komissiyası” tərəfindən gündəlik olaraq təyin edilir.

Müştəri adına daxil olan ünvanlı və ya tələbli pul köçürməsini ölkə üzrə istənilən şəhər və ya rayon poçt şöbəsindən ala bilər. Beynəlxalq poçt pulköçürməsi təyinat indeksi üzrə ödənilir. Beynəlxalq ödəniş sistemləri vasitəsi ilə daxil olan pul köçürmələri həmin sistemlərə qoşulmuş istənilən poçt şöbəsindən ödənilə bilər.

support chat