Azerpoçt

FAQ

Göndərişin çatdırılma müddəti və qiyməti haqqında ətraflı məlumat www.azerpost.az  saytına yerləşdirilib. Poçt xidmətləri bölməsindən keçid müddətləri və poçt rabitəsi xidmətləri üzrə tariflərə klik edərək ətraflı məlumat ala bilərsiniz.

Çəkisi 500 qramdan artıq olan bütün kateqoriyalı məktub poçt göndərişlərinin (sekoqramlar istisna olmaqla) və çəkidən asılı olmayaraq bütün bağlamaların poçt obyektinə daxil olduğu gündən 5 təqvim günü (“Tələb olunanadək” qeydli poçt göndərişi üçün 20 təqvim günü) keçdikdən sonra poçt obyektində saxlanmasına görə hər gün üçün alıcıdan poçt rabitəsi operatoru, yəni “Azərpoçt” MMC tərəfindən müəyyən olunmuş əlavə xidmət tariflərinə uyğun ödəniş tutulur. Bu zaman poçt göndərişinin verilmə günü nəzərə alınmır.

Poçt göndərişlərinin alıcılara çatdırılması mümkün olmadıqda onların saxlanma müddətləri poçt göndərişinin poçt obyektinə daxil olduğu günün ertəsi günündən başlayaraq, sürətli poçt göndərişləri üçün 10 təqvim günü, “Məhkəmə bildirişi”, ”Sifarişli xəbərnamə ilə” qeydli məktublar üçün 7 təqvim günü, digər poçt göndərişləri və daxili pul köçürmələri üçün 30 təqvim günü, beynəlxalq pul köçürmələri üçün bağlanmış müqavilələrə uyğun olaraq hesablanır.

Bağlamanız (daxili və beynəlxalq) itibsə, göndəricisinizsə aidiyyatı poçt şöbəsinə, alıcısınızsa yaşadığınız ərazidə yerləşən poçt şöbəsinə yaxınlaşaraq bununla bağlı rəsmi sorğu yazmağınız xahiş lazımdır. Müraciətiniz daxili göndərişlə bağlıdırsa 15 iş günü, beynəlxalq göndərişlə bağlı olduqda 3 ay müddətində sizə yazılı formada cavab verilir. Qeyd edək ki, daxili poçt göndərişlərinin itirilməsi ilə bağlı şikayətlər göndərişin qəbul günündən sonrakı 6 ay müddətində irəli sürülə bilər. Beynəlxalq poçt göndərişləri UPİ aktları və ikitərəfli müqavilələrlə nəzərdə tutulmuş qaydada və müddətdə qəbul edilir və 3 ay ərzində baxılaraq istifadəçiyə yazılı məlumat verilir.

Poçt göndərişlərinin müasir göndərilmə texnologiyası qəbul zamanı qeydiyyatlı göndərişlərə unikal poçt identifikatorunun aid edilməsi prinsipinə əsaslanır. Hər bir keçid mərhələsində poçt identifikatorunun məlumatı vahid uçot və nəzarət sisteminə daxil edilməklə, internet vasitəsilə daxili və beynəlxalq poçt göndərişlərinin keçidinin izlənilməsi mümkün olur. Eyni zamanda siz “Azərpoçt”un istənilən poçt şöbəsinə və ya “Şəbəkə” xidmət mərkəzlərimizə yaxınlaşaraq poçt göndərişiniz haqqında məlumat ala bilərsiniz. 13 simvoldan ibarət poçt identifikatoru poçt göndərişlərinin qəbulu zamanı verilən qəbzdə onun izlənmə nömrəsi olaraq göstərilir.

Poçt şöbəsində hamiləliyə görə müavinət yalnız şəxsiyyət vəsiqəsilə verilir.

support chat