Azerpoçt
İlk növbədə siz “Millikart” MMC-nin çağrı mərkəzinə müraciət edərək müsadirə edilmiş kartı müvəqqəti blok rejiminə keçirməlisiniz. İnkassasiya zamanı ATM-dən aşkarlanmış kart “Azərpoçt” MMC-nin Təhlükəsizlik Departamentinə təhvil verilir. Növbəti etapda siz şəxsiyyətinizi təsdiq edən sənəd ilə birlikdə “Azərpoçt” MMC-nin Təhlükəsizlik departamentinin aidiyyatı əməkdaşlarından kartınızı təhvil almalısınız.
Mobil telefonlar bütün poçt şöbələrində qeydiyyatdan keçirilə bilər. Bu xidmətə görə ödənişin məbləği telefonun markasından, göstəricilərindən asılı olaraq dəyişir.
Poçt vasitəsilə qaz, işıq, su və istilikdən istifadəyə görə olan kommunal xidmət haqqları üzrə ödənişlər həyata keçirilir.
Göndərilən sifarişli məktub ünvana çatdırılmazdan əvvəl, aidiyyatı poçt şöbəsinə yaxınlaşaraq əlavə ödəniş etməklə onu geri qaytarmaq və ya hər hansı bir dəyişiklik etmək mümkündür.
Poçt qutularından məktublar şəhərlərdə gün ərzində 2 dəfə olmaqla 6 gün, rayon mərkəzləri və qəsəbələrdə gün ərzində 1 dəfə olmaqla 6 gün, poçt şöbəsi olan kəndlərdə gün ərzində 1 dəfə olmaqla 5 gün, poçt şöbəsi olmayan kəndlərdə isə gün ərzində 1 dəfə olmaqla 3 gün ərzində təhvil götürülür.
Ünvan sahibinin yazılı müraciəti ilə poçt göndərişləri, o cümlədən “Tələb edilənədək” qeydli göndərişlər poçt şöbəsində 2 ay saxlanılır və ya istənilən bir şəxsə etibarnamə ilə şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.