Sığorta layihə üzrə əməkdaş

Vəzifə öhdəlikləri:

  • Sığorta şirkətləri ilə əməkdaşlıq əlaqələrinin qurulması və effektiv şəkildə idarə olunması;
  • Sığorta məhsulları üzrə bazarın araşdırılması, təhlilin aparılması və əldə olunan nəticələr əsasında məhsul və xidmətlərin inkişafı üzrə təkliflərin hazırlanması;
  • Əməliyyat sistemində həyata keçirilən sığorta əməliyyatlarına nəzarətin və təhlilin aparılması;
  • Zərurət yarandıqda İT komandası üçün texniki tapşırıqların (TOR) hazırlanması və prosesin izlənilməsi;
  • Sığorta məhsul və xidmətlərinin satış effektivliyinin artırılması məqsədilə müştəri xidməti strukturları üçün sığorta tərəfdaşları ilə birgə təlim və treyninqlərin təşkili;
  • Müştəri xidməti strukturunda çalışan və sığorta məhsullarının satışını həyata keçirən əməkdaşlara metodoloji və məsləhətçi dəstəyinin göstərilməsi;
  • Sığorta məhsulları üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (bakalavr);
  • Sığorta sahəsində ən azı 2 il;
  • MS Office proqramları;
  • Azərbaycan dili səlis, ingilis və rus dili biliyi üstünlükdür;
  • Komandada işləmək bacarığı;
  • Tənqidi məntiqi və analitik düşünmə;
  • Yüksək ünsiyyət qabiliyyəti.

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “İnformasiya texnologiyaları təhlükəsizliyi üzrə Baş mütəxəssis” qeyd etməklə CV-lərini career@azerpost.az ünvanına göndərə bilərlər. 

 

Elanın bitmə tarixi

30 İyul, 2025

Yer

Bakı, Azərbaycan

İş növü

Tam Ştat

Təhsil

Bakalavr

Əməkhaqqı

Razılaşma yolu ilə

Müraciət et Vakansiya linkini kopyala
support chat