Vəzifə öhdəlikləri:
- Maliyyə xidmətləri sahəsində gündəlik mühasibat əməliyyatlarının icrasını həyata keçirmək;
- Maliyyə tranzaksiyalarının dəqiq və vaxtında uçotunu aparmaq;
- Bank çıxarışlarını hazırlamaq və müvafiq hesablarla uzlaşdırılmasını təmin etmək;
- Ay sonu və il sonu bağlanış prosesində və maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
- Maliyyə məlumatlarını mühasibat sisteminə daxil etmək və düzgünlüyünü yoxlamaq;
- Mühasibat uçotu ilə bağlı verilən digər tapşırıqları icra etmək.
Vəzifə üzrə tələblər:
- Mühasibat və ya uyğun sahədə bakalavr dərəcəsi;
- Mühasibat uçotu prinsipləri üzrə ilkin biliklər;
- Microsoft Office, xüsusilə Excel-də yaxşı biliklər;
- Analitik düşünmə və diqqətlilik;
- Rəqəmlərlə işləmə bacarığı və yüksək məsuliyyət hissi.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində regionu və vakansiyanın adını qeyd etməklə CV-lərini career@azerpost.az ünvanına göndərə bilərlər. (Nümunə: Bakı_əməliyyatçı)