Analitika və biznesin təhlili departamentinin direktoru

Vəzifə öhdəlikləri:

  • Şirkətin analitik və biznes təhlili strategiyasının hazırlanması və tətbiqi;
  • Biznes məlumatlarının yığılması, analizi və təqdim edilməsi üçün uyğun texnologiyaların və sistemlərin seçilməsi və tətbiqi;
  • Məlumat təhlili vasitəsilə gəlirliliyin və effektivliyin artırılması üzrə strateji təkliflərin hazırlanması;
  • Departament daxilində analitik komandaların idarə edilməsi və onların potensialını artırmaq üçün təlim və dəstəyin təmin edilməsi;
  • Şirkət rəhbərliyi ilə əməkdaşlıq edərək, strateji qərarların dəstəklənməsi məqsədilə əsas analitik göstəricilərin hazırlanması və monitorinqi;
  • Rəqəmsal transformasiya və innovativ təhlil metodları ilə şirkətin rəqabət üstünlüyünü artırılması.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Analitika, biznes təhlili və strateji idarəetmə sahəsində ən azı 5 illik təcrübə;
  • Məlumatların təhlili və vizualizasiyası üçün qabaqcıl alətlər və proqram təminatlarından (Power BI, Tableau, Excel, SQL və s.) istifadə bacarığı;
  • Maliyyə analizi, risk idarəetməsi və biznesin inkişafı üzrə güclü biliklər;
  • Rəhbərlik və komanda idarəetmə bacarıqları, həmçinin strateji düşünmə və problemləri həll etmə bacarığı;
  • Əla ünsiyyət və təqdimat bacarıqları.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  regionu və vakansiyanın adını qeyd etməklə CV-lərini career@azerpost.az ünvanına göndərə bilərlər.  (Nümunə: Bakı_əməliyyatçı)

 

Elanın bitmə tarixi

10 Fevral, 2026

Yer

Bakı, Azərbaycan

İş növü

Tam Ştat

Təhsil

Bakalavr

Əməkhaqqı

Razılaşma yolu ilə

  • əməliyyatçı
  • operator
Müraciət et Vakansiya linkini kopyala
support chat