Vəzifə öhdəlikləri:
- Şirkətdaxili kommunikasiya strategiyasının hazırlanmasında və icrasında iştirak etmək;
- Daxili elanların, xəbərlərin, bülletenlərin və digər kommunikasiya materiallarının hazırlanması və paylaşılması;
- Korporativ tədbirlərin, sosial və motivasiya layihələrinin təşkili və koordinasiyası;
- Əməkdaş məmnuniyyəti və məlumatlandırma səviyyəsinin artırılması üçün təşəbbüslər irəli sürmək;
- Şirkətdaxili kommunikasiya kanallarının (intranet, e-mail, messencer qrupları və s.) effektiv idarə olunmasını təmin etmək;
- Rəhbərlik və digər departamentlərlə əməkdaşlıq edərək məlumat axınının düzgün və operativ çatdırılmasını təmin etmək.
Vəzifə üzrə tələblər:
- Ali təhsil;
- Daxili kommunikasiya, İR və ya korporativ kommunikasiya sahəsində iş təcrübəsi 1-2 il;
- Güclü yazılı və şifahi ünsiyyət bacarıqları;
- MS Office proqramlarında işləmək bacarığı
- Kreativ düşünmə və təşəbbüskarlıq;
- Kontent planlama və mətn yazma bacarığı;
- Sosial media idarəçiliyi üzrə təcrübə;
- Canva və ya digər dizayn alətləri ilə işləmə bacarığı üstünlükdür;
- Foto və video kontentlə işləmə bacarığı arzuolunandır.
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Baş auditor” qeyd etməklə CV-lərini career@azerpost.az ünvanına göndərə bilərlər.