Vəzifə öhdəlikləri:
- Struktur bölmələrin fəaliyyət istiqamətləri üzrə standart əməliyyat prosedurlarının (SOP) hazırlanmasının koordinasiyasında iştirak etmək və sənədlərin məzmun və forma baxımından təsdiq edilmiş metodoloji standartlara uyğunluğunu təmin etmək;
- Daxili proses sənədləri üçün vahid metodoloji çərçivəyə uyğun şablon və sənədləşmə formatlarını hazırlamaq, onların aktuallığını təmin etmək və dövri olaraq yenilənməsini həyata keçirmək;
- Proses sahibləri və digər maraqlı tərəflərlə əməkdaşlıq edərək proses və sənədlərlə bağlı daxil olan rəyləri toplamaq, təhlil etmək və təkmilləşdirmə üzrə əsaslandırılmış təkliflər hazırlamaq;
- Sənədlərin terminoloji, struktur və məntiqi baxımdan vahid standartlara uyğunluğuna nəzarət etmək;
- Mövcud biznes proseslərinin təhlilini aparmaq, optimallaşdırma imkanlarını müəyyən etmək və proseslərin səmərəliliyinin artırılması məqsədilə məlumatların toplanmasını və analizini təmin etmək;
- Keyfiyyət idarəetmə sisteminə daxil olan normativ və metodoloji sənədlərin hazırlanmasını, yenilənməsini və tətbiqinə metodoloji nəzarəti həyata keçirmək.
Vəzifə üzrə tələblər:
- Proseslərin blok-sxemlərlə təsviri və BPMN (Business Process Model and Notation) standartlarına uyğun modelləşdirilməsi üzrə bilik və praktiki təcrübə;
- Standart əməliyyat prosedurlarının (SOP) hazırlanması, sənəd analizi və normativ sənədlərin uyğunluğunun qiymətləndirilməsi sahəsində təcrübə;
- Biznes proseslərin təhlili və optimallaşdırılması üzrə analitik düşünmə bacarığı;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmə bacarığı, Visio və ya digər proses modelləşdirmə alətləri ilə işləmə təcrübəsi;
- ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi üzrə biliklər (sertifikat üstünlükdür);
- Audit prinsipləri, daxili auditlərin planlaşdırılması, keçirilməsi və hesabatlandırılması üzrə bilik və ya təcrübə;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ifadə bacarığı; əlavə xarici dil biliyi üstünlük hesab olunur;
- Struktur bölmələrlə effektiv kommunikasiya və koordinasiya bacarığı.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində regionu və vakansiyanın adını qeyd etməklə CV-lərini career@azerpost.az ünvanına göndərə bilərlər. (Nümunə: Bakı_əməliyyatçı)