Komplayens üzrə baş mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin fəaliyyət sahəsi üzrə yerli qanunvericilikdə və tənzimləyici aktlarda baş verən dəyişikliklərin izlənilməsi və daxili prosedurların uyğunlaşdırılması məsələlərinin tənzimlənməsi;
  • Yeni bağlanılan müqavilə layihələrinin risklər baxımından təhlili və rəy verilməsi;
  • Daxili qayda, prosedur və əsasnamələrin qanunvericiliyə  və beynəlxalq komplayens standartlarına uyğunluğunun qiymətləndirilməsi;
  • Komplayens risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi icra etmək;
  • Cəmiyyət daxili qaydaların və antikorrupsiya siyasətlərinin formalaşdırılması və icrasında maraqların toqquşmasının tənzimlənməsi və nəzarəti;
  • Yeni məhsul və xidmətlərin tətbiqi zamanı risklər üzrə rəy verilməsi;
  • AML/CFT üzrə icraedici funksiyaları həyata keçirən struktur ilə ümumi risk çərçivəsində koordinasiya;
  • Daxili audit və tənzimləyici yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluqlar üzrə fəaliyyət planlarının hazırlanması və icrasına nəzarət.

Vəzifə üzrə tələblər:

  • Təhsil: Hüquq, İqtisadiyyat və ya İdarəetmə sahəsində ali təhsil;
  • Təcrübə: Maliyyə sektorunda risk, komplayens, hüquq və ya əlaqəli sahələrdə minimum 3 il iş təcrübəsi;
  • Sertifikatlar: ICA və ya oxşar beynəlxalq sertifikatlar üstünlükdür;
  • Dil bilikləri: Azərbaycan dili – əla, xarici dil biliyi üstünlükdü;
  • Yüksək analitik düşüncə, detallara diqqət və etik davranış.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  regionu və vakansiyanın adını qeyd etməklə CV-lərini career@azerpost.az ünvanına göndərə bilərlər.  (Nümunə: Bakı_əməliyyatçı)

 

Elanın bitmə tarixi

23 Mart, 2026

Yer

Bakı, Azərbaycan

İş növü

Tam Ştat

Təhsil

Bakalavr

Əməkhaqqı

Razılaşma yolu ilə

  • əməliyyatçı
  • operator
Müraciət et Vakansiya linkini kopyala
support chat