Vəzifə öhdəlikləri:
- Müvafiq proseduralar əsasında müştərilərə POS-terminal vasitəsilə nağd pulun verilməsi üzrə xidmət göstərməli və iş gününün sonunda zəruri hesabatı tərtib etməlidir;
- Müştərilərə plastik kartların növü, şərtləri, istifadə qaydaları barədə məlumat verməli, bu məhsulları təklif etməli, sifarişləri qəbul etməli və icrasını təmin etməlidir;
- “Azərpoçt” MMC-nin təklif etdiyi mәhsul və xidmətlərə dair müştərilərin tәklif və iradlarını qəbul etməli, şöbənin rəisinə çatdırmalıdr;
- Qüvvədə olan təlimatlara uyğun olaraq daxil olan teleqram və pul köçürmələrinin, həmçinin bağlamaların və kiçik paketlərin bildirişlərinin çap olunub vaxtında çatdırmaya verilməsini təmin etməlidir.
Vəzifə üzrə tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Səlis Azərbaycan dili
- MS Office proqramları;
- Kollektivdə işləmək qabiliyyəti;
- İnsanlarla tez ünsiyyətə girə bilmək qabiliyyəti;
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində regionu və vakansiyanın adını qeyd etməklə CV-lərini career@azerpost.az ünvanına göndərə bilərlər. (Nümunə: Bakı_əməliyyatçı)