Onlayn müştəri dəstəyi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

  • Şirkətin sosial media platformalarına (Instagram, Facebook və.s) daxil olmuş sorğuların və müraciətlərin operativ cavablandırılması;
  • Müştərilərin suallarının, təklif və şikayətlərinin araşdırılması və həlli üçün müvafiq bölmələrə yönləndirilməsi;
  • Müştərilərlə yazılı ünsiyyət zamanı etik və peşəkar kommunikasiya qaydalarına riayət edilməsi;
  • Onlayn kanallar vasitəsilə daxil olan müraciətlərin qeydiyyatı və izlənilməsi;
  • Gündəlik və aylıq əsasda müraciətlərin statistikası üzrə hesabatların hazırlanması;
  • Müştərilərdən daxil olan tez-tez verilən sualların analiz edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;
  • Sosial media üzərindən müştəri məmnuniyyətinin təmin edilməsi və şirkətin imicinin qorunması;
  • Zərurət yarandıqda digər müştəri xidmətləri kanalları ilə koordinasiyanın təmin edilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Müştəri xidmətləri sahəsində minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dili və Rus dilində mükəmməl yazılı ünsiyyət bacarığı (ingilis dili bilikləri üstünlükdür);
  • Sosial media platformaları ilə işləmə bacarığı;
  • Analitik düşünmə və problemlərin operativ həlli bacarığı;
  • Komanda ilə işləmək və məsuliyyətli yanaşma.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını qeyd etməklə CV-lərini career@azerpost.az ünvanına göndərə bilərlər. 

 

Elanın bitmə tarixi

1 May, 2026

Yer

Bakı, Azərbaycan

İş növü

Tam Ştat

Təhsil

Bakalavr

Əməkhaqqı

Razılaşma yolu ilə

  • əməliyyatçı
  • operator
Müraciət et Vakansiya linkini kopyala
support chat