Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC tərəfindən 2 mart 2017-ci il tarixindən “Poçtap” sosial layihəsina start verilib. Layihə çərçivəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarıılmasına başlanılıb.
Bu xidmət reallaşdırıldığı gündən bəri vətəndaşlar tərəfindən tapılmış sənədlər aidiyyatı üzrə poçt müəssisələri tərəfindən qəbul olunub, sahibləri axtarılıb, tapıldığı halda sənədlər sahiblərinə, əks təqdirdə aidiyyatı orqana təhvil verilib. Belə ki, istənilən şəxs təsadüfən tapdığı sənədi hər hansı poçt qutusuna ata və ya poçt şöbəsinə anonimliyini qorumaq şərti ilə təhvil verə bilər. Poçta daxil olmuş sənəd müvafiq proqramda qeydiyyata alınıraraq, avtomatik şəkildə sənəd sahibinin əlaqə məlumatları axtarılıb və şəxsin kontaktları tapıldığı halda həmin şəxslə əlaqə yaradılıb.
Sənədini itirmiş şəxs isə “Poçtap” xidmətinin internet səhifəsindən www.pochtap.az, “169” saylı telefon mərkəzindən və ya istənilən poçt şöbəsindən sənədinin tapılıb- tapılmamasını öyrənə və tapılmadığı təqdirdə itirilən sənədlə bağlı elan yerləşdirir, bunda sonra isə qurum tərəfindən müraciətə verilən cavab əsasında özü üçün sənədin statusu haqqında məlumata sahib olurdu.