Dünya Bankının Layihəsi

24 may tarixində Azərbaycan Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan və ölkə prezidenti İlham Əliyev tərəfindən 2005-ci il 25 avqust tarixində təsdiqlənən "İnkişaf krediti haqqında" Saziş (Maliyyə xidmətlərinin inkişafı layihəsi)  ilk növbədə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, xidmətin keyfiyyətinin qaldırılması və ən nəhayət, elektron hökumətin qurulmasına yardım etmək kimi ali məqsədləri qarşıya qoymuşdur.

Layihə - “Azərpoçt” MMC-nin mövcud platformasından (şöbə və agentliklərindən, digər cari və potensial imkanlarından) istifadə etməklə Azərbaycanda maliyyə xidmətlərinin inkişafına şərait yaratmağı, kənd yerlərində və kiçik şəhər mərkəzlərində əhalinin bank-maliyyə xidmətlərinə sərbəst çıxışını təmin etməyi və yerli poçt şöbələri vasitəsilə müştərilərə geniş həcmli xidmətlər təklif etməyi nəzərdə tutur. Layihənin həyata keçirilməsində əsas məqsəd kənd yerlərində və kiçik şəhər mərkəzlərində maliyyə xidmətlərindən istifadə imkanlarını təkmilləşdirmək və baza biznes infrastrukturunu yaratmaqla inkişaf və iqtisadi artıma yardım göstərməkdən ibarətdir. Layihənin icrası ölkənin bütün ərazisində (kənd yerləri də daxil olmaqla) vətəndaşlar və müəssisələr üçün "elektron hökumət" adlanan xidmətləri göstərməyə imkan verir.

Layihənin həyata keçirilməsini zəruri edən amillər aşağıdakılardır:

  • ödəniş sistemləri infrastrukturunun, onun ayrı-ayrı elementlərinin inkişaf etdirilməsi, xüsusilə də, kənd yerlərində yaşayan əhalinin bu infrastruktura sərbəst çıxışının təmin edilməsinə tələbatın artması;
  • maliyyə bazarının dayazlığı, maliyyə xidmətləri və kreditlərə çıxış imkanlarının zəifliyi;
  • kənd yerlərində və kiçik şəhər mərkəzlərində bank filiallarının sayının azlıq təşkil etməsi və faktiki olaraq əhalinin böyük əksəriyyətinin bank xidmətlərindən kənarda qalması;
  • kommunal xidmət haqqlarının yığılmasında mövcud olan qeyri-müəyyənliklər.

Layihənin icrası ilə əlaqədar olaraq “Azərpoçt” platformasının köməyi ilə 3 növ xidmətlərin əhalinin geniş kütləsinin istifadəsinə verilməsi nəzərdə tutulub:

  1. Maliyyə xidmətləri - elektron ödənişlər (təqaüdlər, sosial müavinətlər, pul köçürmələr və s.), ödənişlərin toplanması (kommunal xidmətlər üçün ödənişlər, vergilər), depozitlər (müddətsiz və müddətli), digər əmanət xidmətlərinin satışı, mövcud pul köçürmələri sisteminin təkmilləşdirilməsi, debit kartlarının emissiyası (müştərilərin depozitləri əsasında) və s.;
  2. Elektron hökumət xidmətləri - yerli və mərkəzi idarəetmə orqanları tərəfindən müxtəlif sertifikatların, biznes və şəxsi sənədlərin verilməsi, yerli və mərkəzi idarəetmə orqanlarına vergilərin, rüsumların və digər haqların ödənilməsi;
  3. Elektron biznes xidmətləri - elektron ticərət, kiber-poçt və e-mail ünvanlarının açılması xidməti, internet şəbəkəsinə, məlumatlara və elektron bazalara çıxış.

Digər yazıları oxu

2017

Poçtap

2016

HUB

support chat