“Azərpoçt” və “Azercell Telecom” arasındakı əməkdaşlıq uğurla davam edir.

Xidmət səviyyəsinin yüksəldilməsi ilə əlaqədar mütəmadi olaraq şirkət təlimçiləri tərəfindən təlimlər keçirilir. Bundan əlavə mərhələli şəkildə yeni əməkdaşlara funksional təlimlər keçirilib.

Qeyd edək ki, bir sıra “Azərpoçt” şöbələrində “Azercell” nömrələrinin satışı, “ASAN İmza” xidmətinin və çoxçeşidli internet paketlərinin aktiv edilməsi, ləğv olunmuş nömrələrin bərpası və nömrə daşınması kimi əməliyyatlar həyata keçirilir.

Sözügedən xidmətlər paytaxt və regionların 50-dən çox rayon mərkəzi şöbələrində göstərilir.

support chat