FAQ

Ümumi suallar

Poçt ünvanı dəqiq və tam olmalıdır. Ünvanda qısaldılmış adların və ünvana aid olmayan işarələrin göstərilməsinə icazə verilmir. Ünvançının ünvanı poçt göndərişinin aşağı sağ hissəsində, sətirlər və sözlərin hərfləri arasında boş yer saxlanılmadan yazılır. Göndəricinin ünvanı poçt göndərişinin ünvan tərəfinin yuxarı sol hissəsində qeyd olunur. Daxili poçt göndərişlərində ünvanlar və qeydlər Azərbaycan dilində yazılmalıdır. Beynəlxalq poçt göndərişinin üzərində isə alıcının adı, soyadı və onun poçt ünvanı latın hərfləri və ərəb rəqəmləri ilə yazılır. Alıcının ünvanı dəqiq və tam olmalıdır. Poçt ünvanı təyinat ölkəsinin dilində yazıldıqda, onun altında yaşayış məntəqəsinin və təyinat ölkəsinin adı Azərbaycan dilində baş hərflərlə təkrar olunur.

support chat