“Azərpoçt”un proqramı köhnəlib, əvəzlənməsi üçün il yarımadək vaxt lazımdır"

“Azərpoçt” MMC-də istifadə olunan proqram 20 ildir ki fəaliyyət göstərir. Əlbəttə ki, proqram köhnəlib və yenisi ilə əvəzlənməlidir. Buna görə sistemdə problemlər yaranır.

Bunu “Azərpoçt” MMC-nin İdarə heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən İsi Mustafayev “2023-Hesabat” adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, sistemin daha yaxşı fəaliyyət göstərməsi üçün avadanlıqların, cihazların hər birinin dəyişdirilməsi lazımdır.

“Bununla bağlı 2023-cü ildə xeyli işlər görülüb. Amma bu gün məsələnin tam həlli mümkün deyil. Bu problem tədricən öz həllini tapacaq ki, bu, ayrıca bir layihədir. Təəssüf ki, bunun üçün il yarımadək vaxt lazımdır”,

- İ.Mustafayev qeyd edib.

 

Digər yazıları oxu

31.01.2024

İsi Mustafayev: Poçt sistemində 100 faiz tam çatdırılma deyə anlayış yoxdur

"Ötən il “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) üçün yaddaqalan olub".

25.01.2024

"Azərpoçt"un PUDO məntəqələrinin sayı açıqlanıb

Keçən il başlayan əməkdaşlıq zamanı Azercell xidmətlərinin Azərpoçt şöbələrində verilməsi...

support chat