Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
Artıq "Azərpoçt" MMC-nin internet səhifəsi üzərindən müxtəlif kommunal, mobil, stasionar telefon, kabel TV və internet provayderlərin ödənişlərini həyata keçirə bilərsiniz.
   BillPay-Online Ödəmələr
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
İnkişaf tarixi

Azərbaycanda poçt rabitəsinin tarixi və inkişafı

Bəşər övladı qədim zamanlardan bəri (təqribən beş min il bundan öncə) informasiya mübadiləsinə, məlumatların məsafədən-məsafəyə ötürülməsinə daim ehtiyac duyulmuşdur.
İlk birgəyaşayış dövründən başlayaraq əmək münasibətləri prosesləri insanlarda adi yaşamaq, həmçinin yaşayış tərzini yaxşılaşdırmaq naminə birgə ov ovlamaq, torpağı birgə əkib becərmək, qorxulu təbii fəlakətlərdən, vəhşi heyvanlardan qorunmaq üçün ünsiyyətin, müxtəlif informasiya əlaqələrinin vacibliyi meydana gəlmişdir. Bu informasiyaları yerlərdən-yerlərə ötürmək üçün qədim insanlar müxtəlif sayda və həcmdə tonqallar qalamaqdan, qasidlərdən (çaparlardan), öyrədilmiş xüsusi göyərçinlərdən və digər vasitələrdən istifadə edərdilər.
Azərbaycanda yazılı məlumatların qasidlər vasitəsi ilə ötürülməsi qədim zamanlardan bəri mövcuddur. Lakin poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir. Həmin ildə Azərbaycan Səfəvilər dövlətinin başçısı, görkəmli sərkərdə Şah İsmayıl Xətai ölkəni iqtisadi cəhətdən inkişaf etdirmək, onun ərazisini yadelli işğalçılardan qorumaq, həmçinin möhkəm dövlət idarəetmə sistemini yaratmaq məqsədilə ölkənin ucqar əyalətlərindən və xarici ölkələrdən məlumatlar toplamaq üçün müntəzəm fəaliyyət göstərən poçt rabitəsi yaratmışdı.
Azərbaycanda müasir formada poçtun yaranması XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır. 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılmışdır. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilmişdir.
Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün 15 iyun 1830-cu ildə Şamaxı və Şuşa şəhərlərində 1-ci dərəcəli poçt kontorları yaradılmışdır. Bununla da 1830-cu ildə Azərbaycan ərazisində-Şuşada, Şamaxıda, Bakıda və Naxçıvanda 1-ci dərəcəli, Gəncə və Qubada isə 2-ci dərəcəli poçt kontorları meydana gəlmişdir.
Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınması 9 may 1883-cü ildə Bakı-Tiflis,1900-cü ildə isə Bakı-Dərbənd arasında başlamışdır. 1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranmışdır. 1863-1872-ci illərdə İran tranzit ticarətinin müdafiəsi məqsədilə Tiflis və Culfa arasında poçt rabitəsi yaradılmışdır. Culfada poçt şöbəsi yaradılaraq İranla Azərbaycan arasında ilk beynəlxalq məktub korrespondensiyası mübadiləsi təsis edilmişdir.
28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən 6 oktyabr 1918-ci ildə hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılmışdır.
15 mart 1919-ci ildə Azərbaycanla Gürcüstan arasında poçt korrespondiyası, pul baratları, qiymətli məktubların və bağlamaların mübadiləsi təşkil edildi. 1920-ci ilin aprelin 6-da isə Azərbaycanla İran arasında poçt-teleqraf əlaqələri yaradılmışdır. Keçən əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda poçtun dinamik inkişafı başlamış və 1913-cü ilə nisbətən göstəricilər xeyli artırılmışdır. Belə ki, 1913-cü ildə əgər rabitə müəssisələrinin sayı 19, qəbul edilmiş məktubların sayı 3 milyon idisə, 1920-ci ildə rabitə müəssisələrinin sayı 59-a, məktubların sayı isə 5 milyona çatdırılmışdır.
1920-ci ilə nisbətən 1928-ci ildə poçt rabitəsi müəssisələrinin sayı 1,95 dəfə və ya 95%, poçt qutularının sayı 2,33 dəfə və ya 233%, bağlama mübadiləsi 17,3 dəfə, pul baratlarının miqdarı 4 dəfə, qəzet və jurnalların miqdarı 125%, məktubların sayı 2 dəfə və ya 200%-dən çox artmışdır.
II Dünya müharibəsi ərəfəsində respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırmışdır. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-ə çatdırılmışdır. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7% kənddə yerləşirdi.
Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 km. təşkil etmişdir. Əgər 1920-ci ildə poçt yalnız at arabası nəqliyyatı ilə daşınırdısa, 1940-cı ildə avtomobil nəqliyyatı ilə poçtun daşınması 1884 km. təşkil etmişdir.
1945-ci ildə Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edildi. Bu tədbir beynəlxalq bağlama korrespondensiyasının hərəkətinə, qorunub saxlanılmasına və yaxşı nəzarət edilməsinə imkan yaratmışdır. Magistral aviareyslərlə poçtun daşınmasının uzunluğu 2078 km., respublika daxili aviareyslərlə 1042 km. təşkil edirdi.
1945-ci ilin sonunda respublikada poçtalyonların sayı 1687, onlardan 1449-u piyada, 238 atlı, o cümlədən müəssisələrə aid piyada 55 nəfər, atlı 1 nəfər, kolxozçu piyadaların sayı 1390 və atlıların sayı 237 nəfər təşkil edirdi.
1940-cı ilə nisbətən 1950-ci ildə poçt mübadiləsinin həcmi məktub korrespondensiyası üzrə 140%, bağlama 80%, barat 237%, qəzet və jurnal 80%, poçt qutularının sayı isə 3000 ədədə qədər yüksəlmişdir.
1955-ci ildə ildə poçt marşrutlarının uzunluğu 8668 km təşkil edirdi. Poçt nəqliyyat məsafəsi 5906,4 min km., o cümlədən avtomobil 2967 km., at-araba 2939,4 min km. təşkil edirdi. Aviareyslər üzrə daşınma həcmi 736,1 ton, dəniz yolu üzrə 4212 ton təşkil edirdi. Dəmir yol nəqliyyatı üzrə məsafə 152,5 km. təşkil edirdi.
1970-ci ildə 1940-cı ilə nisbətən respublikada rabitə müəssisələrinin sayı 3 dəfə artaraq 1590-ə, o cümlədən kənd yerlərində 1171-ə, məktub korrespondensiyasının sayı 3 dəfə artaraq 75 mln. təşkil etmiş, bağlamalar 2 dəfə, qəzet və jurnallar 6,5 dəfə, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km., avtomobil marşrutlarının sayı 9 dəfə artaraq 1705 min km. təşkil etmişdir, bu isə 2 dəfə at-araba nəqliyyat marşrutunun azalmasına səbəb olmuşdur.

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilmişdir. Müstəqilliyin ilk illərində digər qonşu ölkələrdə olduğu kimi Azərbaycanda da poçt rabitəsi özünün ən çətin dövrlərindən birini yaşamışdır. Lakin 1997-ci il yanvar ayının 1-dən etibarən poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlamışdır. Ümummilli lider, Ulu öndər Heydər Əliyev  tərəfindən həyata keçirilmiş məqsədyönlü siyasəti nəticəsində poçt rabitəsi sahəsinin inkişafına start verildi.

1997-ci ilin mart ayında poçt rabitəsinin qısa müddətli “Dirçəliş və inkişaf proqramı” qəbul olundu, dekabr ayında isə “1998-2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası” təsdiq edildi.

Poçt rabitəsinin tarixində ilk dəfə olaraq 2002-ci ildə milli “Poçt Rabitəsi Qaydaları” hazırlanaraq təsdiq edildi. 2004-cü il iyun ayının 29-da Azərbaycan Respublikasının Prezidenti tərəfindən ilk dəfə “Poçt Rabitəsi haqqında” Azərbaycan Respublikası Qanununun imzalanması Poçt rabitəsinin inkişafını daha da sürətləndirdi.

Azərbaycanın Milli Operatoru “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti hazırda ölkənin bütün ərazisində ən geniş xidmət şəbəkəsinə malik olmaqla, əhalinin bütün təbəqələrinə və eləcə də hüquqi şəxlərə münasib qiymətlərlə ənənəvi qeyri-ənənəvi poçt xidmətlərinin və poçt-maliyyə xidmətlərinin göstərilməsini həyata keçirir. Bütün poçt şöbələrinin müasir standartlara uygun kompüterləşməsi, texniki avadanlıqlarla tam tachizatı və informasiya texnologiyalarının ən son naliyyətlərinin bu sahədə geniş tətbiqi göstərilən xibmətlərin yüksək keyfiyyətinə və etibarlılığına tam təminat verir.

Azərbaycan poçt administrasiyası 1991-ci ildə Regional Rabitə Birliyinə (RRB), 1992-ci ildə iqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT), 1993-cü ildə Ümumdünya Poçt İttifaqına (ÜPİ), 2001-ci ildə Poçt və Telekommunikasiya administrasiyasının Avropa Konfransı təşkilatına (CEPT), “Azərpoçt” MMC-nin filialı olan “Azərekspresspoçt” Müəssisəsi isə 2002-ci ildən etibarən ÜPİ-nin EMS (surətli poçt) Koorperativinin tamhüquqlu üzvlüyünə qəbul  edilmişdir.

Azərbaycan poçtu ən böyük uğurlarından biri kimi ÜPİ-nin 24-cü Konqresdə ilk dəfə olaraq bu təşkilatın iki Orqanına-Administrativ Şuraya və Poçt istismarı Şurasına üzv seçilmişdir.

“Azərpoçt” MMC-nin 160-dan artıq poçt operatorları arasında sürətli poçt xidmətlərinin keyfiyyəti üzrə keçirilən yarışlarda ardıcıl 5-ci dəfə qızıl səviyyəli sertifikata layiq görülmüşdür.

 

 

 

Alış Satış
0.9776 1.0076
0.7820 0.7860
0.0182 0.0190
SDR 1 SDR 1,1655