Mövcud vəziyyət haqqında tez bir zamanda məlumat əldə edə bilərsiniz

Poçt göndərişlərinin müasir göndərilmə texnologiyası qəbul zamanı qeydiyyatlı  göndərişlərə (sifarişli və qiyməti bəyan olunmuş məktublara, eləcə də bütün kateqoriyalı bağlamalara) unikal poçt identifikatorunun (ştrix-kodun) aid edilməsi prinsipinə əsaslanır. Hər bir keçid mərhələsində poçt identifikatorunun məlumatı vahid uçot və nəzarət sisteminə daxil edilməklə, internet vasitəsilə daxili və beynəlxalq poçt göndərişlərinin keçidinin izlənilməsi mümkün olur.
13 simvoldan (dörd hərf, 9 rəqəmdən) ibarət poçt identifikatoru poçt göndərişlərinin qəbulu zamanı verilən qəbzdə onun nömrəsi olaraq göstərilir.
Siz ştrix-kod nömrəsini daxil etməklə, göndərişinizin cari statusu haqqında tez və ətraflı məlumat ala bilərsiniz.
 
Ştrix-kod nümunəsi: RR000123698AZ
 
Qeyd: Beynəlxalq sifarişli poçt göndərişlərinin (sifarişli məktub, sifarişli banderol və kiçik paket) izlənməsi hələlik adları aşağıda göstərilən ölkələrlə mümkündür: 
 
Almaniya, Belarusiya, Böyük Britaniya,  Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Afrika Respublikası, Çin Xalq Respublikası,  Danimarka, Estoniya, Finlandiya, Fransa,  Hindistan, Honq-Konq, Xorvatiya, Koreya, İordaniya, İran, İspaniya, İsveçrə, İsveç, Qazaxıstan,  Latviya, Litva, Macarıstan,  Malta,Malayziya,Moldova, Misir, Niderland (Hollandiya), Pakistan, Rusiya, Sinqapur, Slovakiya,Türkiyə, Yaponiya, Yunanıstan.
 
Digər ölkələrə göndərilən beynəlxalq sifarişli göndərişlərə dair sorğunuzu bizim saytın "Əlaqə" bölməsi  vasitəsi ilə, Azərpoçtun və Şəbəkənin facebook səhifəsi, eyni zamanda 169 çağrı mərkəzinə müraciətinizlə edə bilərsiniz.

Onlayn konsultasiya