Postcargo nədir?

 “Postcargo” beynəlxalq poçt bağlamalarının çatdırılmasını rahat və sürətli şəkildə həyata keçirən karqo xidmətidir.

“Azərpoçt” MMC-nin təklif etdiyi yeni xidmət olan “Postcargo” paytaxt daxil olmaqla, Azərbaycanı tam şəkildə əhatə edərək dünyanı qapınıza gətirməyi  təklif edir.

1000-dən çox poçt şöbəsi ilə bütün ölkəni əhatə edən “Azərpoçt”un yeni xidməti sayəsində artıq ən ucqar kənd və qəsəbə sakinlərinin də Türkiyənin onlayn alış-veriş saytlarından məhsulları rahat əldə etmələri mümkündür; belə ki, “Postcargo” istifadəçilərindən sifarişlərin rayonlara çatdırılması üçün əlavə ödəniş tələb olunmur.
 

Sürətimizi necə təmin edirik?

Türkiyənin onlayn ticarət saytlarından sifariş edilən məhsulların alıcılara sürətli çatdırılması üçün həftə ərzində 6 dəfə göndəriş edilir. Müştərilərimiz Türkiyə ünvanımızı qeyd edərək istənilən saytdan  Azərbaycan qanunvericiliyinə uyğun olaraq qadağan olunmayan məhsulları rahatlıqla sifariş edə bilir. Ölkəyə daxil olan bağlamalar gömrük yoxlanışını keçdikdən sonra növbəti gün Bakı şəhərinə, 2-3 gün ərzində isə digər regionların poçt şöbələrində sahibini gözləyir.

Sifarişlərini sürətli şəkildə əldə etmək istəyən müştərilərimiz üçün həftəsonu və bayram günlərində növbətçi poçt şöbələrilə fəaliyyət göstəririk.
 

Ödəniş şərtləri necədir? 


Çatdırılma ödənişləri 2 formada mümkündür: şəxsi kabinet üzərindən onlayn və nağd şəkildə.

 

Gələcək imkanlarımız nələrdir:

Hal-hazırda, yalnız Türkiyədən çatdırılma edən Postcargo yaxın zamanda Amerika Birləşmiş Ştatları, Almaniya və digər ölkələrin elektron ticarət platformalarından da çatdırılmaları həyata keçirəcək.

Müştərilərimizin diqqətinə çatdırırıq ki, ən qısa zamanda “Sifariş et” və “İadə et” xidmətlərimiz də müştərilərimizin xidmətində olacaq.

Məqsədimiz xaricdən onlayn sifarişi müştərilərimiz üçün əlçatan etmək və onların məmnuniyyətini təmin etməkdir.