"CİB" xidməti

 

Mobil cihazlar artıq müasir həyatın ayrılmaz hissəsinə çevrilib. İnsanlar mobil telefonlarını hər yerdə və hər zaman özləri ilə daşıyırlar.Müasir  mobil telefonlar sadəcə zənglərin, səs və mətn mesajlarının qəbulu üçün deyil, bundan daha geniş, funksional əməliyyatların aparılması üçün nəzərdə tutulub.

 

Milli Kart müasir tendensiyaları nəzərə alaraq mobil telefonu və pul kisəsini birləşdirmək qərarına gəlib  və bazarda olan ən innovativ mobil bankçılıq əməliyyatını təqdim edib. Həmin həll vasitəsilə istifadəçilər asanlıqla kart vəsaitlərini idarə edir və maliyyə durumları haqqında məlumatlı qalırlar, banklar isə müştərilərinə təqdim edilən məhsul portfoliosunu genişləndirə bilirlər.

 

 Milli Kartın CİB mobil bankçılıq həllihərtərəfli maliyyə xidmətlərini təqdim edir,dolğun mobil bankçılıq xüsusiyyətləri ilə yanaşı, müxtəlif ödəniş və köçürmə imkanlarını da verir. CİB mobil qurğunun əməliyyat sisteminə yüklənən mobil bankçılıq əlavəsi və server əlavəsinə əsaslanır. Mobil əlavə əsas mobil platformaları dəstəkləyir və bazarda olan qurğuları 95% əhatə edir. Mobil bankçılıq həlli, onlayn bank sistemlərinin tam funksionallığını əhatə edən yeganə xidmətdir. Əlavə heç bir bankın mobil bankçılıq həllinə məxsus olmadığı halda istənilən bankın kartları ilə qoşulma imkanını verən yeganə həlldir. CİB həlli yüksək təhlükəsizliyi ilə də fərqlənir ki, bu da öz növbəsində əməliyyatların ən efektiv yol ilə həyata keçməsini təmin edir. Əlavənin yüklənmə ölçüləri təxminən 200kB-3000kB diapazonundadır. CİB, iOS istifadəçiləri üçün http://apple.co/1L5eEy7, Android istifadəçiləri üçün isə  http://bit.ly/1GULm2b linklərindən yüklənilə bilər. CİB  tamamilə ödənişsizdir. Həllin tam funksionallığı aşağıdakı kimidir:

 

Hesabın idarə olunması

-Bir hesabın müxtəlif cihazalardan idarə olunması

 

Kartların idarə olunması

- İstənilən sayda kartların əlavə olunması

- Balansın yoxlanılması

- Əməliyyatlar üzrə çıxarışın əldə olunması

- Kartlara istənilən adın verilməsi

- Yeni kart aktivasiyası

- Çoxsaylı valyuta dəstəklənməsi

- Kartın ləğv olunması

 

 Pul köçürmələri və ödəmələr

- Ödənişlərin aparılması

- Pul köçürmələrinin aparılması

- Mütəmadi istifadə olunan ödənişlər və köçürmələr üçün şablonların tərtib edilməsi

- Çıxarışların əldə olunması