RƏHBƏRLİK

"Azərpoçt" MMC-nin rəhbər şəxsləri haqqında məlumat

Əfəndiyev Emin Ramiq oğlu

Baş direktor

02.10.1970-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil almışdır.Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlamışdır. Daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışmışdır.

1996-2004-cü illərdə Rossiyskiy Kredit BKB Rusiya-Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, idarə heyətinin sədrinin müavini və idarə heyətinin sədri vəzifələrində işləmişdir.

2004-2009-cu illərdə AZAL SKB idarə heyətinin sədrinin müavini olmuşdur.

2009-2015-ci illərdə Kapital Bankda filial müdiri vəzifəsində çalışmışdır.

2015-2018-ci illərdə Bank MBA-Moskva Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə bankında idarə heyətinin sədri vəzifəsində işləmişdir.

2018-ci ilin aprel ayından “Azərpoçt" MMC-nin Baş direktoru vəzifəsinə təyin olunmuşdur.

Kazımov Sübhan Kazım oğlu

Baş direktor müavini

01.04.1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər rayonun Dərə kəndində anadan olmuşdur.

1983-1990-cı illərdə Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun elektron hesablayıcı maşınları ixtisası üzrə hesablama fakultəsinin əyani şöbəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1991-ci ildə mühəndis-elektrik vəzifəsindən başlamışdır. 1992-1993-ci ildə "Proqress" firmasında sex rəisi, Baş direktor, 1993-1998-ci illərdə BMQ zavodunda baş mexanik, 1998-2002-ci illərdə "Alo İnform" şirkətində Texniki şöbənin rəisi vəzifələrərində işləmişdir.

09.10.2002-ci ildən "Azərpoçt" MMC-də Texniki şöbənin rəisi, 07.07.2004-cü ildən "Azərpoçt" MMC-nin Baş direktor müavini vəzifəsində çalışır.

04.12.2012-ci ildə RİTN-nin 300 saylı əmrinə əsasən "Rabitə Ustası" adına layiq görülmüşdür.

Süleymanov Nazim Süleyman oğlu

Baş direktor müavini

06.04.1958-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cəbrayıl qəsəbəsində anadan olmuşdur.

1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə təsərrüfatın iqtisadiyyatı və planlaşdırılması fakultəsinə daxil olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə fəhlə kimi başlamışdır.

1993-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında baş iqtisadçı, Azərbaycan Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankında aparıcı iqtisadçı, idarə rəisinin müavini, Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi, Beynəlxalq bank əməliyyatları departamentinin direktoru, Birləşmiş İnvestisiya Səhmdar Bankında Beynəlxalq əməliyyatlar departamentinin direktoru, Birləşmiş Universal Səhmdar Bankında Əməliyyatlar blokunun baş direktoru, "AtaBank" Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müavini vəzifələrində işləmişdir.

2006-cı ildən "Azərpoçt" MMC-nin Baş direktor müavini vəzifəsində çalışır.

27.12.2012-ci ildə RİTN-nin 342 saylı əmrinə əsasən "Rabitə Ustası" adına layiq görülmüşdür.

Bayramov Rəsul Lətif oğlu

Baş direktor müavini

23.09.1961-ci ildə Azərbaycan Respublikası Qəbələ Rayonunda anadan olmuşdur.

1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyatın planlaşdırılması fakultəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1983 -cü ildə başlamış və YPTK-da usta, 1985-ci ildə Azəreneji tikinti idarəsində mühəndis, 1988-ci ildə Qəbələ konserv zavodunda hüquqşünas, 1990-cı ildə Qəbələ 172-TCMD-də iqtisadçı, 1992-ci ildə Qəbələ Rayonu Təqaüd fondunda baş mütəxəssis, 1992-ci ildə Azərittifaq Ticarət Təchiz Bazasında əmtəəşünas vəzifələrində çalışmışdır.

1993-1994-cü illərdə Əmanət bankında baş iqtisadçı, 1994-1996-cı illərdə Dövlət Vergi müfəttişliyində böyük vergi müfəttişi, 1996-1999-cu illərdə Əmanət bankında rəis müavini, 2007-2009-cu illərdə Sumqayıt Elektrik şəbəkəsində rəis müavini, 2009-2011-ci illərdə Zamin bankda şöbə rəisi vəzifələrində çalışıb.

04.10.2011-ci ildən "Azərpoçt" MMC-də Baş direktor müavini vəzifəsində çalışır.

İbrahimov Kamran Mirsahib oğlu

Baş direktor müavini

01.05.1976-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.

1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun Ümumi iqtisadiyyat fakultəsinin bakalavr pilləsini, 1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin həmin fakultəsini magistr dərəcəsi ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1999-cu ildə “Cortis Business Consalting Limited” şirkətinin Azərbaycan Nümayəndəliyində vergi məsləhətçisi kimi başlamışdır. 2001-2003-ci illərdə “Octagon Consalting Limited” şirkətinin Azərbaycan nümayəndəliyində baş vergi məsləhətçisi, 2003-2005-ci illərdə“ Azərboru” ASC-də baş mühasib, 2005-2006-cı ildə “Azərboru” ASC-də maliyyə direktorunun vergi məsələləri üzrə müavini, 2006-2007-ci illərdə “Bureau Veritas Azeri” MMC-də maliyyə direktoru, 2008-2012-ci illərdə “Fortis Consulting” MMC-də maliyyə direktoru, 2013-cü ildə “Libra” MMC-də baş auditor, 2014-cü ildə “Universal Assist” MMC-də direktor, 2014-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat idarəsində maliyyə direktoru vəzifələrində işləmişdir.

07.06.2016-cı ildən “Azərpoçt” MMC-də Baş direktor müavini vəzifəsində çalışır.

İqtisad elmləri üzrə fəlsəfə doktorudur.

Hacıyev Hacı Asəf oğlu

Baş direktor müavini

19.04.1984-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.

2000-ci ildə ABŞ-ın Los-Anceles şəhərində Cənubi Koliforniya Universitetinin Komputer elmləri fakultəsinə daxil olmuş, 2003-2005-ci illərdə San Fransisko şəhərinin Linkoln Universitetində 2 ixtisas, Biznesin idarə olunması və Komputer elmləri üzrə təhsil almışdır. 2005-2006-cı ildə həmin universitetin Biznesin idarə olunması fakultəsininin Beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2007-ci ildə ARDNŞ-nin Sərmayələr idarəsi, Layihələrin maliyələşdəriliməsi şöbəsində mütəxəssis kimi başlamışdır. 2009-2015-ci illərdə ARDNŞ, Marketinq və iqtisadi əməliyyatlar idarəsinin Neft və neft məhsullarının ixracının marketinq şöbəsində mütəxəssis, 2015-2016-cı ildə Yüksək Texnologiyalar Parkı, layihələrə dəstək və elmi potensial şöbəsində rəis müavini vəzifələrində işləmişdir.

05.07.2016-cı ildən “Azərpoçt” MMC-də Baş direktor müavini vəzifəsində çalışır.


Onlayn konsultasiya