Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Ən çox soruşulan suallar

 Ölkə xaricindən göndərilən bağlama və ya kiçit paketi alarkən hər hansı bir ödəniş edilməlidirmi?

“Azərpoçt” MMC-nin qüvvədə olan tariflərinə əsasən əşya və mal tərkibli beynəlxalq poçt göndərişlərinin gömrük nəzarətinə təqdim edilməsinə görə poçt şöbələrində alınan xidmət haqları çəkisindən və dəyərindən asılı olmayaraq, daxil olan beynəlxalq kiçik paketin hər biri üçün 1,40 manat və daxil olan beynəlxalq bağlamanın hər biri üçün 2,00 manat məbləğində müəyyən edilmişdir.

 

Poçt şöbəsində hər hansı bir xidmətə görə ödəniş edərkən əməliyyatçı tərəfindən mənə qəbz verilməlidirmi?

Poçt şöbəsində aparılmış istənilən ödənişə görə müştəriyə mütləq qaydada üzərində məbləğ qeyd olunmuş və təqvim möhürü vurulmuş ciddi hesabat qəbzi (kompüterdə çap olunmuş çıxarış) təqdim olunmalıdır.

Poçt əməkdaşından ödəniş qəbzinin tələb olunması hər hansı qanunsuz ödənişin tutulmasının qarşısını almaq üçün ən etibarlı vasitədir.

 

Kiçik paket və bağlamanın fərqi nədir?

Hər iki göndəriş növü əşya və malların göndərilməsi üçün nəzərdə tutulmuşdur. Kiçik paket məktub poçtuna aid olduğu üçün onun maksimum çəkisi 2 kq, bağlamanın maksimum çəkisi isə 30 kq müəyyən edilmişdir. Xaricdən daxil olan mal tərkibli poçt göndərişinin kiçik paket və ya bağlama olduğunu onun üzərindəki 13 simvollu izləmə kodunun 1-ci simvolu əsasında müəyyən etmək olar. Belə ki, kiçik paketin izləmə nömrəsinin 1-ci simvolu “R” (sifarişli olduqda) və ya “S” (sadə olduqda), bağlamanın izləmə nömrəsinin 1-ci simvolu isə “C” hərfi olur.

 

Çəkisi 500 qramdan artıq olan kiçik paketə görə əlavə ödəniş edilməlidirmi?

Çəkisi 500 qramdan artıq olan kiçik paketin poçt şöbəsində verilməsi zamanı beynəlxalq qaydalara əsasən əlavə olaraq 0,60 manat məbləğində verilmə haqqı alınır (Tarif preyskurantı, 2-ci hissə, 4-cü bölmə, 6-cı maddə, 6.3 bəndi).

 

Ölkə xaricinə  məktub göndərmək neçəyə başa gəlir?

Poçt göndərişlərinin tarifləri onların növündən, kateqoriyasından, çəkisindən, göndərilmə üsulundan, istiqamətindən və təyinat ölkəsindən (beynəlxalq göndərişlər üçün) asılı olaraq müəyyən edilir. “Azərpoçt” MMC-nin qüvvədə olan poçt xidmətləri tariflərinə dair ətraflı məlumatı MMC-ninwww.azerpost.az  saytından (www.azerpost.az/Xidmətlər/Poçt xidmətləri/Poçt rabitəsi xidmətləri üçün tariflər) əldə  edə bilərsiniz.

Məsələn, qüvvədə olan tariflərə əsasən çəkisi 20 qramdan 50 qramadək olan beynəlxalq sifarişli məktub avia üsulla Niderlanda (2-ci zona) göndərilmə haqqı 1,10+1,60=2,70 manat təşkil edir. Bu məbləğ tarif paketinin “Universal poçt xidmətləri üçün tariflər” hissəsində (I hissə) “Beynəlxalq poçt göndərişləri üçün tariflər” bölməsinin (2-ci bölmə) “Məktub” maddəsinin (2-ci maddə) 1.2 və 2.2 bəndlərində öz əksini tapmışdır.

 

 Ölkə xaricinə kiçik paketdə nə göndərmək olar və neçəyə başa gəlir  ??

Kiçik paketlərdə 2 kq. qədər hədiyyə xarakterli sınmayan əşyalar göndərmək olar.

Poçt göndərişlərinin tarifləri onların növündən, kateqoriyasından, çəkisindən, göndərilmə üsulundan, istiqamətindən və təyinat ölkəsindən (beynəlxalq göndərişlər üçün) asılı olaraq müəyyən edilir. “Azərpoçt” MMC-nin qüvvədə olan poçt xidmətləri tariflərinə dair ətraflı məlumatı MMC-ninwww.azerpost.az  saytından (www.azerpost.az/Xidmətlər/Poçt xidmətləri/Poçt rabitəsi xidmətləri üçün tariflər) əldə  edə bilərsiniz.Məsələn qüvvədə olan tariflərə əsasən çəkisi 500 qramdan 1000 qramadək olan beynəlxalq sifarişli kiçik paketin avia üsulla Niderlanda (2-ci zona) göndərilmə haqqı 14,00+1,60=15,60 manat təşkil edir. Bu məbləğ tarif paketinin “Universal poçt xidmətləri üçün tariflər” hissəsində (I hissə) “Beynəlxalq poçt göndərişləri üçün tariflər” bölməsinin (2-ci bölmə) “Kiçik paket” maddəsinin (4-cü maddə) 1.4 və 2.2 bəndlərində öz əksini tapmışdır.

 

  Kiçik paket və bağlamarın poçt şöbəsində saxlanma müddəti və haqqı nə qədərdir?

Poçt göndərişinin poçt şöbəsində maksimum saxlanma müddəti 1 aydır. İstisna hallarda müştərinin yazılı ərizəsinə əsasən saxlanma müddəti 2 aya qədər uzadıla bilər. Poçt şöbəsinə daxil olan çəkisi 500 qramdan artıq poçt göndərişi bildiriş yazıldığı gündən sonrakı 5 gün müddətində alıcı tərəfindən tələb olunmadıqda, “Azərpoçt” MMC-nin qüvvədə olan tariflərinə əsasən  5 gündən artıq saxlanılmış hər günə görə 1 ədəd kiçik paket üçün 0,20 manat, 1 ədəd bağlama üçün isə 0,30 manat olmaqla saxlanma haqqı alınır

 

Ölkə xaricinə ünvanlanan göndərişlər hansı müddətə alıcıya çatdırılır?

 Çatdırma müddəti əsasən təyinat ölkəsindən asılıdır və beynəlxalq göndərişin çatdırılması ümumilikdə təqribən 7-10 gün ərzində həyata keçirilir.

 

      Mən  pasportumu poçt vasitəsi ilə xarici ölkəyə göndərə bilərəmmi?

Qüvvədə olan poçt rabitəsi qaydalarına əsasən Dövlət gerbi həkk olunmuş sənədlərin əslinin beynəlxalq poçt göndərişlərində göndərilməsi qadağandır. 

 

Markasız və ya az  marka ilə poçt qutusuna atılan məktubun taleyi necə olur?

Markasız və ya az marka ilə poçt qutusuna atılan   məktub, səbəbi göstərilərək ünvançıya geri qaytarılır. Göndərən şəxsin ünvanı olmadığı zaman paylanmamış poçt göndərişləri sırasına daxil edilir.

 

       Sadə (adi) poçt göndərişinin axtarışı ilə bağlı  ərizə verə bilərəmmi?

 Xeyr, yalnız qeydiyyatlı poçt göndərişləri üçün qəbz təqdim edilməklə poçt göndərişləri    üçün axtarış ərizəsi verilə bilər.

 

Göndəricinin poçt göndərişini göndərən vaxt gömrük bəyannaməsini doldurmuşdur, lakin bu, gömrük baxışına təqdim etmək üçün kifayət  etmir.

Ümumdünya Poçt İttifaqının Aktlarının tələblərinə uyğun olaraq  bütün mal tərkibli beynəlxalq poçt göndərişləri göndərilərkən CN22 və ya CN23 gömrük bəyannamələri  aşağıdakı qaydada doldurulmalıdır:

    içərisindəki əşyalar təfsilatı ilə Ingilis və ya fransız dillərində, və yaxud təyinat ölkəsinin dilinə uyğun yazılmalıdır;

    hər bir malın dəyəri valyuta ilə qeyd olunmalıdır (dollar və ya avro);

    Malların çəkisi və ya göndərişin ümumi  çəkisi.

CN22 və ya CN23 bəyənnamələri doldurulan zaman məlumatın ümumi xarakterdə (hədiyyə, geyim, mallar) yazılmasına icazə verilmir.

Bu halda,  göndərişiniz Bakı Poçt Daşıma Mərkəzində məlumatlar dəqiqləşdirilir, yəni  bu o deməkdir ki, CN22, CN23 gömrük bəyannamələri  tərəfinizdən tam və düzgün doldurulmayıb.

 

Hər hansı bir yaşayış məntəqəsinə teleqram göndərərkən sözlərin sayına məhdudiyyət qoyulurmu?

 Mövcud təlimata əsasən sözlərin sayında məhdudiyyət yoxdur.

 

Mən müvəqqəti olaraq yaşadığım ünvanda olmadıqda ünvanıma daxil olan poçt göndərişlərinin geri qaytarılmaması üçün nə etməliyəm?

 Ünvan sahibinin yazılı müraciəti ilə poçt göndərişləri, o cümlədən “Tələb edilənədək” qeydli  göndərişlər poçt şöbəsində 2 ay saxlanılır. Və ya istənilən bir şəxsə etibarnamə ilə şəxsiyyətini təsdiq edən sənəd əsasında verilir.  

 

Poçt qutularından məktublar nə vaxt çıxarılır?

Bakı və respublika tabeli şəhərlərdə 6 gün ( gün ərzində, qrafik üzrə 2 dəfə)

Rayon mərkəzləri və qəsəbələrdə 6 gün (gün ərzində 1 dəfə)

Poçt şöbəsi olan kəndlərdə 5 gün (gün ərzində 1 dəfə)

Poçt şöbəsi olmayan kəndlərdə 3 gün (gün ərzində 1 dəfə                                                                                                                                

                                                                                                                                                                                                                   

Əgər göndərdiyim sifarişli məktub ünvana çatdırılmayıbsa, onu geri qaytarmaq olarmı?

Göndərdiyiniz sifarişli məktub ünvana çatdırılmamışdan əvvəl, adiyyətı poçt şöbəsinə yaxınlaşaraq, əlavə ödəniş etməklə Siz onu geri qaytara və ya hər hansı bir dəyişiklik edə bilərsiniz

 

Qeydiyyatlı poçt göndərişi nə deməkdir?

Qeydiyyatlı poçt göndərişləri- göndərilən zaman göndəriciyə qəbz verilir və həmçinin çatdırıldığı zaman alıcıya imza etdirilir.

 

Hansı kommunal xidmət haqları poçt vasitəsilə ödənilə bilər?

Qaz, işıq, su və istilikdən istifadəyə görə xidmət haqları üzrə ödənişlər.

 

Mobil telefonlar hansı PŞ-də qeydiyyatdan keçirilə bilər və qeydiyyat məbləği nə   qədərdir?

Bütün poçt şöbələrində qeydiyyatdan keçirilə bilər və ödəniş məbləği 5 manatdır.

 

Müştərinin adına daxil olan pul köçürməsini alıcının şəxsiyyət vəsiqəsini təqdim etməklə ailə üzvlərindən biri ala bilərmi?

Xeyr, alıcı şəxs öz şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilər.

 

Müştəri adına daxil olan ölkədaxili pul köçürməsini hansı müddət ərzində ala bilər?

Ödəniş müddəti 40 gündür. 40 gündən sonra köçürmə sistem tərəfindən saxlanca götürüldüyündən müştəri istənilən poçt şöbəsinə ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini təqdim etməklə ala bilər.

 

Alıcı vəfat etdiyi halda pul köçürməsi kimə ödənilməlidir?

Alıcı vəfat etdiyi halda pul köçürməsi göndəricinin istəyinə əsasən göndəriciyə geri qaytarıla və ya  notarial qaydada təsdiq olunmuş sənədlərə əsasən alıcının hüquqi vərəsəsinə ödənilə bilər.

 

Pul köçürməsi alıcı tərəfindən alınmazsa, göndərici əsas məbləğ ilə yanaşı rüsumu da geri ala bilərmi?

 Xeyr, rüsum xidmət haqqıdır və geri ödənilmir.

 

Xarici ölkələrə fiziki şəxslərdən fiziki şəxslərə maksimum hansı məbləğdə pul köçürməsi göndərmək mümkündür?

Bütün beynəlxalq pul köçürmələri sistemləri vasitəsilə hər bir fiziki şəxs (rezident və qeyri-rezident) hesab açmadan 1000 (min) ABŞ dolları ekvivalentinədək məbləğdə xarici valyutanı sərbəst şəkildə ölkədən xaricə köçürə bilər. Hər bir rezident fiziki şəxsin istəyinə əsasən xarici ölkədə yaşayan və ya müvəqqəti qalan yaxın qohumlarına (ata, ana, baba, nənə, ər, arvad, oğul, qız, qardaş, bacı, övladlığa götürülənlər) 1000 (min) ABŞ dolları ekvivalentindən artıq məbləğdə xarici valyutanın köçürülməsi mövcud qanunvericiliyin tələblərinə uyğun RİTN-nin Müşahidə Şurası tərəfindən təsdiq edilmiş tariflər əsasında açılmış müştəri hesabları üzərindən  aparıla bilər.

 

Müştərinin adına daxil olan ünvanlı və ya tələbli pul köçürməsini hansı poçt şöbəsindən ala bilər?

 Ölkə üzrə istənilən şəhər və ya rayon poçt şöbəsindən ala bilər.

 

Valyuta məzənnələri necə müəyyən olunur?

 Poçt şöbələrində valyuta məzənnələri “Azərpoçt” MMC-nin  “Valyuta məzənnələrinin müəyyənləşdirilməsi komissiyası” tərəfindən gündəlik olaraq təyin edilir.

  

 Təyin olunmuş məzənnələrin müəyyən olunmasında hansısa hədd varmı?

Azərbaycan Respublikasının Mərkəzi Bankının 08 yanvar 2016-cı il tarixli 06-00077-2016 saylı məktubuna əsasən nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı xarici valyutanın alış məzənnəsi rəsmi məzənnədən maksimum 4%-dək aşağı, satış məzənnəsi isə rəsmi məzənnədən maksimum 4%-dək yuxarı müəyyən oluna bilər.

 

 Müştəri  valyuta mubadiləsi əməliyyatı zamani hansısa sənəd təqdim etməlidirmi?

Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 dekabr 2015-ci il tarixli “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”-na əsasən mübadilə şöbəsində bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq mübadilə əməliyyatı şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır

 

Poçt şöbəsi valyuta mübadiləsi əməliyyatını aparmaqdan imtina edə bilərmi?

Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 dekabr 2015-ci il tarixli “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”-na əsasən yalnız əməliyyat günü ərzində şöbədə xarici valyuta və ya manat vəsaitləri qurtardığı halda mübadilə şöbəsi alış və ya satış əməliyyatından imtina edə bilər.

 

Əməliyyatçı borcludur:

PŞ-də gündəlik valyuta məzənnələrini göstərən tablonun müştərilərin aydın şəkildə görə biləcəyi yerdə asılı olmasını təmin etməli və aparılmış hər bir valyuta mübadiləsi əməliyyatına dair sistemdən çıxarışı (çek) müştəriyə təqdim etməlidir.

 

Hər bir şöbə üzrə məzənnə fərqli ola bilərmi?

Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 dekabr 2015-ci il tarixli “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”-na əsasən nağd xarici valyutanın alış və satış məzənnələri “Azərpoçt” MMC tərəfindən müstəqil şəkildə təyin edilir. Məzənnələr “Azərpoçt” MMC xüsusi əmri ilə təsdiqlənir və şöbələr üzrə fərqli ola bilər.

 

Kartım ATM tərəfindən müsadirə olunduğu halda nə etməliyəm?

Xidmət olunduğunuz filiala və ya MilliKartın 24/7 xidmət göstərən müştəri xidmətlərinə (012 4312202) müraciət etməlisiniz. Müraciətiniz əsasında kartınız müvvəqqəti bloklanacaq. Daha sonra Siz Azərpoçtun Təhlükəsizlik Şöbəsi ilə əlaqə saxlamalısınız. Onların Sizə bildirdiyi tarixdə şəxsiyyətinizi təsdiq edən sənəd ilə birgə sözügedən şöbəyə yaxınlaşmalısınız. Kartınızı təhvil aldıqdan sonra blokdan azad etməyi unutmayın.

 

Kartın PİN kodunu daxil etməyimə baxmayaraq, qəbul olunmur və 3 cəhddən sonra kart bloklanır. Mən bu PİN kod ilə əvvəllər də əməliyyat aparmışam. Bu necə ola bilər?

Dediyiniz hal mümkünsüzdür. Yəni kartın PİN kodu statikdir, dəyişmir. Siz çox güman ki, ya yalnış kart ilə eyni PİN kodu yoxlayır və ya yalnış PİN kod ilə kartı yoxlayırsınız. Bu halda kartın üzərində qeyd olunan nömrələrlə PİN-zərfin üzərində qeyd olunan nömrələrin eyni olmasına diqqət yetirin.

 

Azərpoçtun ödəniş kartını necə əldə edə bilərəm və kartlar hansı valyutada olur?

Sizə ən yaxın Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinə şəxsiyyətinizi təsdiq edən sənəd ilə birgə müraciət etməniz kifayətdir. Milli valyutadan başqa, USD və EUR hesab ilə kart almaq imkanınız mövcuddur.

 

Azərpoçtun ödəniş kartlarında nə kimi üstünlüklər var və həmin kartlarla xaricdə pul nağdlaşdıra va ya xarici saytlarda alış veriş edə bilərəm?

Azərpoçtun ödəniş kartları ilə aparılan əməliyyatlarda müştərilərə tətbiq edilən rüsumlar minimum səviyyədədir.Kartlarla internetdə daha təhlükəsiz əməliyyat etməniz üçün “3D Secure” xidməti müvcuddur, kartlar EMV çip texnologiyaları ilə emissiya olunmuşdur, mobil bankçılıq xidməti vastəsilə heç bir filiala və ya şöbəyə getmədən, terminala müraciət etmədən mobil telefonunuz ilə komunal və digər ödəniş həyata keçirə bilərsiniz. Kartlar MasterCard brendi olduğundan Siz dünyanın istənilən nöqtəsində müvafiq rüsumlarla vəsait nağdlaşdıra və nağdsız əməliyyatlar apara bilərsiniz. Statuslu müştərilərimiz üçün premium kartlarımız müvcuddur ki, Siz brend markalardan alış veriş edərkən kompaniyalar çərçivəsində endirimlər və güzəştlər əldə edə bilərsiniz. Bununla yanaşı Siz “Card-to-Card” əməliyyatı vastəsilə digər kartın hesabına pul köçürə bilər,eləcə də kartınızla aparılan əməliyyatları və balansınızı izləməniz üçün “SMS xəbərdarlıq” xidmətindən yararlana bilərsiniz. PİN Change xidməti vastəsilə Siz PİN-inizi istənilən dörd rəqəmli konfiqurasiya ilə əvəz edə bilərsiniz.

Azərpoçta məxsus plastik kartlarda beynəlxalq çıxış imkanı olması səbəbindən Siz dünyanın istənilən ölkəsində pul nağdlaşdıra, eləcə də xidmətin və ya malın dəyərini kartınız ilə qeyri-nağd şəkildə ödəyə bilərsiniz. Həmçinin Sizin internet saytlarında da əməliyyat aparmaq imkanınız var.

 

“Azərpoçt” MMC-nin fəaliyyətində risklər varmı?

İş olan yerdə riskin olması təəccüblü deyil. İnsan həyatı və iş prosesində risk hər zaman vardır. Əsas o riskləri  görmək və onları aradan qaldırmaq, azaltmaq və itkilərin qarşısını almaqdadır.

 

Hansı risklər mövcuddur və risklər necə idarə edilir?

Maliyyə və qeyri-maliyyə riskləri vardır, amma yüksək həddə deyil, təhlükəli deyildir. Risklər ierarxik qaydada aşağıdan yuxarı və yuxarıdan aşağıya doğru idarə edilir. Hər bir yarana biləcək riskə fərdi yanaşılır və müvafiq idarəetmə metodu tətbiq edilir.

 

Azərpoçt MMC tərəfindən cinayətkarlıq yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması ilə mübarizə aparılır?

Bəli, bununla bağlı ölkə qanunvericiliyi ilə yanaşı, daxili qaydalar vardır, işçilər vaxtaşırı olara təlimdən keçirilir, nəzarət mövcuddur.

 

Azərpoçt MMC öz müştərilərinə qarşı risk qiymətləndirməsini aparır?

Bəli, şirkət daxilində beynəlxalq tələblərə uyğun olaraq, aşağı, orta və yüksək riskli müştəri kateqoriyası vardır və bu kateqoriyaya uyğun olaraq, hər bir müştəri qiymətləndirilir.

 

Mən anonim hesab aça bilərəm?

Xeyr. Anonim hesabların açılması qanunla qadağan edilmişdir.

Eyniləşdirmə üçün məndən əlavə olaraq hansı sənədlər tələb edilə bilər və ya hər hansı bir əlavə formanı doldurmağım qanunidir?

Bəli. Eyniləşdirmə zamanı “müştərini tanı” prinsiplərinə əsasən və müvafiq qanununun tələblərinə uyğun olaraq forma doldurmalısınız (hüquqi və fiziki şəxslərin hər birisi üçün fərdi qaydada) və eləcə də FATCA-nın tələblərinə uyğun olaraq forma doldurmalısınız (bu formanı hesab açan və hesab üzərindən əməliyyat aparan hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulmuşdur).

 

Çirkli pulların yuyulmasında iştirakıma görə cəza nəzərdə tutulmuşdur?

Bəli, Cinayət Məcəlləsinin 193.1 maddəsinə uyğun olaraq, çirkli pulların yuyulmasına görə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

 

“Azərpoçt”MMC-də işə qəbul olunmaq istəyirəm.

“Azərpoçt”MMC-də işə qəbul  bir qayda olaraq MMC-nin Müşahidə şurası tərəfindən təsdiq olunmuş “Azərpoçt” MMC-nin  işə qəbul qaydarı”əsasında həyata keçirilir. İxtisasınıza  uyğun  vakant yer  varsa,  müvafiq testdən keçdikdən sonra   həmin vakant yerə qəbul edilirsiniz. Vakant yer  yoxdursa,  bu  barədə  sizə rəsmi məlumat verilir.  Eyni zamanda, vəzifəyə olan tələblər,  ixtisas-peşə  uyğunluğu olduğu zəruri hallarda qeydiyyata  götürülürsünüz. Gələcəkdə  müvafiq vakant yer  olduğu halda, həmin yer sizə təklif edilir. 

 

“Azərpoçt”MMC-də yubiley yaşları  hansı  yaş hədləridir  və  necə qeyd edilir.

Qəbul olunmuş  qaydaya görə  “Azərpoç”MMC-də işçilərin  yubiley yaşları 50, 60, 70 yaş  hesab  olunur.  Qeyd olunan  yubiley  yaşları kollektivin ümumi yığıncağında  yubilyara  Həmkar Komitəsinin  və müəssisə rəhbərliyin  təşkil etdiyi  rəmzi  hədiyyə, fəxri fərman  və  pul  mükafatı  təqdim etməklə  təbrilk  edilir.

 

Poçt  sahəsində işləyən işçilərə “əmək veteranı” fəxri adı  verilməsi  qaydaları necə tənzimlənir?

Poçt  sahəsində işləyən işçilərə “əmək veteranı” fəxri adı bir qayda olaraq, pensiya yaşına  çatmış  və  40 il  əmək stajı olan  kişilərə, habelə pensiya  yaşına çatmış  və 30 il  əmək stajı olan qadınlara  verilir. 

 

 

Alış Satış
1.7250 1.7900
1.5720 1.6120
0.0244 0.0254
GBP - -
SDR 1 SDR 2,1796