Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Rəhbərlik

Kazımov Sübhan Kazım oğlu - Baş direktor vəzifəsini müvəqqəti icra edən

01.04.1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər rayonun Dərə kəndində anadan olmuşdur. 
1983-1990-cı illərdə Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun elektron hesablayıcı maşınları ixtisası üzrə hesablama fakultəsinin əyani şöbəsində təhsil almışdır.
Əmək fəaliyyətinə 1991-ci ildə mühəndis-elektrik vəzifəsindən başlamışdır.
1992-1993-ci ildə "Proqress" firmasında sex rəisi, Baş direktor, 1993-1998-ci illərdə BMQ zavodunda baş mexanik, 1998-2002-ci illərdə "Alo İnform" şirkətində Texniki şöbənin rəisi vəzifələrərində işləmişdir.

09.10.2002-ci ildən "Azərpoçt" MMC-də Texniki şöbənin rəisi, 07.07.2004-cü ildən hal-hazıradək "Azərpoçt" MMC-nin Baş direktor müavini vəzifəsində çalışır.

04.12.2012-ci ildə RİTN-nin 300 saylı əmrinə əsasən  "Rabitə Ustası" adına layiq görülmüşdür. 

Süleymanov Nazim Süleyman oğlu - Maliyyə xidmətləri üzrə BDM

06.04.1958-ci ildə Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Cəbrayıl qəsəbəsində anadan olmuşdur. 
1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması ixtisası üzrə təsərrüfatın iqtisadiyyatı və planlaşdırılması fakultəsinə daxil olmuşdur. Əmək fəaliyyətinə 1975-ci ildə fəhlə kimi başlamışdır.
1993-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında baş iqtisadçı, Azərbaycan Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankında aparıcı iqtisadçı, idarə rəisinin müavini, Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi, Beynəlxalq bank əməliyyatları departamentinin direktoru, Birləşmiş İnvestisiya Səhmdar Bankında Beynəlxalq əməliyyatlar departamentinin direktoru, Birləşmiş Universal Səhmdar Bankında Əməliyyatlar blokunun baş direktoru, "AtaBank" Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müavini vəzifələrində işləmişdir.
2006-cı ildən hal hazıradək "Azərpoçt" MMC-nin Baş direktor müavini vəzifəsində çalışır.
27.12.2012-ci ildə RİTN-nin 342 saylı əmrinə əsasən  "Rabitə Ustası" adına layiq görülmüşdür.

 

 

  Bayramov Rəsul Lətif oğlu - Baş direktor müavini

23.09.1961-ci ildə Azərbaycan Respublikası Qəbələ Rayonunda anadan olmuşdur.

1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyatın planlaşdırılması fakultəsini bitirmişdir.Əmək fəaliyyətinə 1983 -cü ildə başlamış və YPTK-da usta, 1985-ci ildə Azəreneji tikinti idarəsində mühəndis, 1988-ci ildə Qəbələ konserv zavodunda hüquqşünas, 1990-cu ildə Qəbələ 172-TCMD-də iqtisadçı, 1992-ci ildə Qəbələ Rayonu Təqaüd fondunda baş mütəxəssis, 1992-ci ildə Azərittifaq Ticarət Təchiz Bazasında əmtəəşünas vəzifələrində çalışmışdır.1993-1994-cü illərdə Əmanət bankında baş iqtisadçı, 1994-1996-cı illərdə Dövlət Vergi müfəttişliyində böyük vergi müfəttişi, 1996-1999-cu illərdə Əmanət bankında rəis müavini, 2007-2009-cu illərdə Sumqayıt Elektrik şəbəkəsində rəis müavini, 2009-2011-ci illərdə Zamin bankda şöbə rəisi vəzifələrində çalışıb.04.10.2011-ci ildən "Azərpoçt" MMC-də Baş direktor müavini vəzifəsində çalışır.

 Ibrahimov Kamran Mirsahib oğlu- Baş direktor müavini  

 01.05.1976-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.

1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun Ümumi iqtisadiyyat fakultəsinin bakalavr pilləsini, 1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad  Universitetinin həmin fakultəsini magistr dərəcəsi ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1999-cu ildə “Cortis Business Consalting Limited” şirkətinin Azərbaycan Nümayəndəliyində vergi məsləhətçisi kimi başlamışdır. 2001-2003-ci illərdə “Octagon Consalting Limited” şirkətinin Azərbaycan nümayəndəliyində baş vergi məsləhətçisi, 2003-2005-cı illərdə“ Azərboru” ASC-də bah mühasib, 2005-2006-cı ildə “Azərboru” ASC-də maliyyə diektorunun vergi məsələləri üzrə müavini, 2006-2007-ci ildə “Bureau Veritas Azeri” MMC-də maliyyə direktoru, 2008-2012-ci illərdə “Fortis Consulting” MMC-də maliyyə direktoru, 2013-cü ildə “Libra” MMC-də baş auditor, 2014-cü ildə “Universal Assist” MMC-də direktor, 2014-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat idarəsində maliyyə direktoru vəzifələrində işləmişdir.

07.06.2016-cı ildən “Azərpoçt” MMC-də Baş direktor müavini vəzifəsinə təyin olunmuşdur.

İqtisad üzrə fəlsəfə doktorudur. 

 

 Hacıyev Hacı Asəf oğlu - Baş direktor müavini                

19.04.1984-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.

2000-ci ildə ABŞ-ın Los-Anceles şəhərində Cənubi Koliforniya Universitetinin Komputer elmləri fakultəsinə daxil olmuş, 2003-2005-ci illərdə San Fransisko şəhərinin Linkoln Universitetində 2 ixtisas, Biznesin idarə olunması və Komputer elmləri  üzrə təhsil almışdır. 2005-2006-cı ildə həmin universitetin Biznesin idarə olunması fakultəsininin Beynəlxalq biznes ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2007-ci ildə ARDNŞ-nin Sərmayələr idarəsi, Layihələrin maliyələşdəriliməsi şöbəsində mütəxəssis kimi başlamışdır. 2009-2015-ci illərdə ARDNŞ, Marketinq və iqtisadi əməliyyatlar idarəsinin Neft və neft məhsullarının ixracının marketinq şöbəsində mütəxəssis, 2015-2016-cı ildə Yüksək Texnologiyalar Parkı, layihələrə dəstək və elmi potensial şöbəsində rəis müavini vəzifələrində işləmişdir.

 05.07.2016-cı ildən “Azərpoçt” MMC-də Baş direktor müavini vəzifəsinə təyin olunmuşdur.

 

  

Əliyev Asif Sarı oğlu- Baş mühasib                                     

 02.07.1969-cu ildə Azərbaycan Respublikasının İmişli rayonunda anadan olmuşdur.

 1986-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitunun Ucot- iqtisadiyyat fakultəsində təhsil almışdır.

Əmək fəaliyyətinə 1992-ci ildə ARDNŞ, “Neft daşları”nda mühasib kimi başlamışdır. 1995-1999-cu illərdə Azərbaycan Səhmdar Kommersiya Əmanət Bankı, nəzarət təftiş idarsində aparıcı təftişçi,1999-2000-ci ildə “Amass Group” LTD -də baş mühasib, 2001-2002-ci  ildə ETSN, nəzarət şöbəsinin rəisi, 2004-2016-cı illərdə Wenaas Caspian” LTD şirkəndə baş mühasib, maliyyə meneceri vəfələrində işləmişdir.

08.07.2016-cı il tarixdən “Azərpoçt” MMC-də Baş mühasib vəzifəsinə təyin olunmuşdur.                                 

 

 

 Vəliyev Elman Səlim oğlu - İnformasiya Texnologiyaları şöbəsi - Rəis

06.12.1966-cı ildə Şəki şəhərində anadan olmuşdur. Orta təhsilini Şəki şəhəri 10 saylı orta məktəbdə başa vurduqdan sonra 1983-cü ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur. 1990-cı ildə Bakı Dövlət Universitetin tədbiqi riyaziyyat fakultəsini riyaziyyatçı ixtisası üzrə əyani olaraq magistr dərəcəsi ilə bitirmişdir.

Əmək fəaliyyətinə 1990-cı ilin sentyabr ayında mühəndis-proqramçı kimi başlamışdır. Rabitə sahəsində 1999-cu ildən işləyir. 2002-ci ilin avqust ayından "Azərpoçt" MMC-nin İnformatika və Məlumat Texnologiyası şöbəsinin rəisi, 2007-ci ilin avqust ayından isə İnformasiya Texnologiyaları şöbəsinin rəisi vəzifəsində çalışır.  10.12.2010- cu ildə RİTN 200 əmrinə əsasən   "Rabitə Ustası" adına layiq görülmüşdür.     

 

 Səmədov Nüsrət Səməd oğlu - Poçt Analiz şöbəsi - Rəis

 
16 avqust 1960-cı ildə Dəvəçi rayonunun Sumaqova kəndində anadan olmuşdur. 1977-ci ildə Dəvəçi rayonunun Pirəbədil kənd orta məktəbini bitirmişdir. 1977-ci ildə Moskva Elektrotexnika Rabitə İnstitutuna daxil olmuş və 1982-ci ildə həmin institutun “Rabitə müəssisələrinin avtomatlaşdırılması” fakültəsini bitirərək, poşt sahəsi üzrə mühəndis-elektromexanik ixtisası almışdır. Əmək fəaliyyətinə 1982-ci ilin avqust ayında Bakı Dəmiryolyanı Poçtamtında (indiki Poçt Daşıma Mərkəzində) mübadilə sahəsinin rəis müavini kimi başlamış, sonralar həmin müəssisədə mexanikləşdirmə sahəsinin mühəndisi, böyük mühəndis, 1-ci dərəcəli mühəndis vəzifələrində çalışmışdır. 1998-ci ildən Poçt Daşıma Mərkəzinin baş mühəndisi, 2010-cu ildən isə rəis müavini vəzifələrində fəaliyyətini davam etdirmişdir.
2010-cu ilin sentyabr ayından “Azərpoçt” MMC-nin Poçt Analizi şöbəsinin rəisi vəzifəsində çalışır.
2007-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirinin əmri ilə “Rabitə ustası”, 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adlarına layiq görülmüşdür.
 

 

 

 Qalayev Novruz Zahir oğlu - Keyfiyyətə nəzarət şöbəsi - Rəis

02.10.1954-cü ildə Ermənistan SSR-in Ararat rayonunun Şidli kəndində anadan olmuşdur.
1971-ci ildə Şidli kənd orta məktəbini bitirmişdir. 1975-ci ildə Yerevan Dövlət Pedoqoji İnstitutuna daxil olmuşdur. 1979-cü ildə həmin İnstitutun "Filologiya" fakultəsinin "Azərbaycan dili və ədəbiyyat müəllimi" ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildə kolxozçu kimi başlamışdır. Rabitə sahəsində 1989-cu ildən işləyir. 2001-ci ilin sentyabr ayından "Azərpoçt" MMC-nin Poçtun Təhlükəsizliyi və Keyfiyyətə Nəzarət şöbəsinin rəisi vəzifasində, 2007-ci ilin avqust ayından isə Keyfiyyətə Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışır.
Rabitə sahəsində yüksək nailiyyətlərin əldə olunmasında böyük əməyinə və fəal iştirakına görə 06.12.2007-ci il tarixli 215 saylı əmrlə Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin "Fəxri fərmanı" ilə təltif olunmuşdur. 04.12.2009- ildə RİTN KƏMS-305 əmrinə əsasən  "Rabitə Ustası" adına layiq görülmüşdür. 

 

 

 

Rəhmanov Adil Talıb oğlu - Poçt marketinqi şöbəsi - Rəis

1968-ci ildə Tovuz rayonunun Çataq kəndində anadan olmuşdur. 1985-ci ildə orta məktəbi bitirmişdir. Həmin ildə Bakı şəhərində Rabitə Texnikumuna daxil olmuşdur. 1989-cu ildə Texnikumun "Poçt Rabitəsi" ixtisası üzrə tam kursu bitirmişdir.
Əmək fəaliyyətinə 1990-cı ildə Rabitə Nazirliyinin təyinatı ilə Poçt Rabitəsi İstehsalat Birliyində gənc mütəxəssis kimi başlamışdır. 1991-ci ildə Rabitə Nazirliyinin Poçt Rabitəsi şöbəsində böyük dispetçer vəzifəsində işləmişdir. 1997-ci ildən "Azərpoçt" MMC-də Poçt Daşıma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1998-ci ildə Poçtun Təşkili və İstismarı şöbəsində mühəndis vəzifəsinə təyin edilmişdir. 2004-2007-ci ildən "Azərpoçt" MMC-nin Xidmətlərin Təşkili və Normativ Sənədlərin Hazırlanması və Reklam Kommersiya şöbələrinə rəis vəzifəsinə təyin edilmişdir. 2007-ci ilin avqust ayından "Azərpoçt" MMC -nin Poçt Marketinqi şöbəsində rəis vəzifəsində çalışır.
"Azərpoçt" MMC-də nailiyyətlərin əldə olunmasında fəal iştirakına ğörə 24.03.2005-ci ildə "Fəxri fərmanla" təltif olunmuşdur.       07.10.2011 - ci ildə  RİTN-KƏMS 264 əmrinə əsasən   "Rabitə Ustası" adına layiq görülmüşdür.

 

 Muşayev Alı Osman oğlu - Poçt əməliyyatları şöbəsi - Rəis

25.04.1974-ci ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuşdur. Orta təhsilini Ağstafa rayonunun Qıraq Kəsəmən kənd orta məktəbində başa vurduqdan sonra, 1991-ci ildə Bakı Rabitə Kollecinin daxil olmuşdur.
1992-cı ildə hərbi xidmətə çağırılmışdır. 
1992-1993-cü illərdə vətən uğrunda Laçın, Qubadlı və Füzuli rayonlarında gedən ağır döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə Füzuli rayonunun müdafiəsi zamanı yaralanaraq hərbi xidmətdən tərxis olunaraq Rabitə Kollecində təhsilini davam etdirmişdir. 1994-cü ildə həmin kolleci "poçt rabitəsi üzrə mühəndis" ixtisası üzrə bitirərək rabitə sahəsində çalışmağa başlamışdır.
 "Azərpoçt" MMC-də işlədiyi müddətdə mühəndis, iqtisadçı, rəis müavini vəzifələrində çalışmışdır. Rabitə və İnformasiya Texnologiyaları Naziri Ə.Abbasov tərəfindən 06.12.2006-cı il tarixdə KƏMS-268 saylı əmrlə "Fədakar rabitəçi" fəxri adına layiq görülmüşdür. 2007-ci ilin avqust ayından isə Poçt əməliyyatları şöbəsinin rəisi vəzifəsində çalışır.

 
 
 

 Əhmədov Yaşar Rəsul oğlu - Maliyyə Xidmətləri Marketinqi şöbəsi - Rəis

 03.08.1966-cı  ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə  Azərbaycan Dövlət Texniki Universitetini, 2007-2009- cu ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə Kredit ixtisasi üzrə  fərqlənmə ilə başa vurmuşdur.
1993-2009-cü illərdə Azərbaycan Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankında aparıcı-mühəndis proqramçı, Birləşmiş Universal Səhmdar Kommersiya Bankında baş-mühəndis proqramçı, baş-iqtisadçı, Kapital Bankda Hesablaşmalar Departamentində baş mütəxəssis vəzifələrində çalışmışdır.
2010-cu ildə "Azərpoçt" MMC-nin 7 saylı PF-sində Müştəri Xidmətləri şöbəsinin rəisi, 2011-ci ildə isə 6 saylı PF-nin  Müştəri Xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 
23.08.2011-ci ildən  "Azərpoçt" MMC–nin Maliyyə Xidmətləri Marketinqi şöbəsinin rəisi vəzifəsində çalışır.
 

İsmayılov Oqtay Adil oğlu - İnzibati şöbəsi - Rəis

12.09.1972-ci ildə Ermənistan SSR-in Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olmuşdur.
1989-cu ildə Qızıl Şəfəq kədində orta məktəbi bitirmişdir. 1989-cu ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutun Filologiya fakultəsinə daxil olmuşdur. Oxuduğu müddətdə Rabitə Nazirliyinin Hərbiləşmiş Mühafizə İdarəsində işləmişdir.
Əmək fəaliyyətinə 1994-ci ildən Rayon Rabitəsi İstehsalat birliyində təsərrüfat müdiri kimi başlamışdır. 1997-ci ilin yanvar ayında Xarici Əlaqələr şöbəsində rəis vəzifəsidə çalışıb. 1998-ci ildən "Azərpoçt" MMC-də Təsərrüfat şöbəsinin rəisi işləmişdir. 2007-ci ilin avqust ayından İnzibati şöbəsinin rəisi vəzifəsində çalışır. 07.10.2011 - ci ildə  RİTN-KƏMS 264 əmrin əsasən   "Rabitə Ustası" adına layiq görülmüşdür.

 

Hüseynov Fərid Şamo oğlu - Əməliyyatlar şöbəsi - Rəis 

20.05.1988-ci  ildə Bakı şəhərində anadan olmuşdur.Orta təhsilini Bakı şəhəri Sabunçu rayonu 271 saylı orta məktəbdə almışdır. Orta təhsilini başa vurduqdan sonra  2005-ci ildə Xəzər Universitetinin Maliyyə və Kredit fakultəsinə daxil olmuş və 2009-cu ildə  həmin Universiteti fərqlənmə ilə bitirmişdir. Əmək fəaliyyətinə 2009-cu ilin iyun  ayında "Azərpoçt" MMC-də iqtisadçı kimi başlamışdır. 2010-cu ilin iyul ayından "Azərpoçt" MMC-nin  Əməliyyatlar şöbəsinin rəis müavini, 2012-ci ilin fevral ayından "Azərpoçt" MMC-nin Əməliyyatlar şöbəsinin rəisi vəzifəsində çalışır. 



 
 
 

Cəfərov Fərid Fərrux oğlu - Plastik kartlar şöbəsi - Rəis

31.03.1984-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə orta məktəbi bitirib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və Kredit” ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2004-2006-cı illərdə həmin universitetin magistr pilləsini  bitirmişdir.
Əmək fəaliyyətinə 03.03.2008-ci ildə “Azərpoçt” MMC-nin Xəzinədarlıq şöbəsində İqtisadçı kimi başlamışdır. 03.08.2009-02.04.2011-ci il tarixdə "Azərpoçt" MMC-nin Maliyyə Xidmətləri Marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. Hal-hazırda "Azərpoçt" MMC-nin Plastik kartlar şöbəsinin rəisi vəzifəndə çalışır.

 

 

Gözəlov Gündüz Maxsud oglu-Xəzinədarlıq şöbəsi - Rəis

01.11.1979-cu ildə Beyləqan rayonunda anadan olmuşdur. 1996-cı ildə S.İmrəliyev adına Bahar qəsəbə orta məktəbi bitirmişdir. 1996-cı ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən "Qazi" universitetinin "İqtisadi və idarəetmə" ixtisasına qəbul olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna köçürülmüşdür. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "İnzibati İdarəetmə" fakultəsinin "Dövlət və Bələdiyyə idarəetməsi"ixtisası üzrə bakalavr pilləsini, 2003-cü ildə isə magistr pilləsini başa vurmuşdur.
Əmək fəaliyyətinə 2005-ci ildə "Zaminbank"-da xəzinadar kimi işə başlamışdır. 2006-cı ildə ŞÜA MMC-də kassir vəzifəsində çalışıb.
2007-ci il noyabr ayından "Azərpoçt" MMC-in Xəzinadar şöbəsində iqtisadçı vəzifəsinə qəbul edilib.
20.05.2008-ci ildən Xəzinədarlıq şöbəsinin müdiri vəzifəsində çalışır.

Dünyamalıyev Rauf Dünyamalı oğlu - Risklərin idarə edilməsi şöbəsinin rəisi

05.06.1985-ci ildə Goranboy rayonunda anadan olub.Orta məktəbi 1991-2002-ci illərdə Goranboy rayonunda bitirib. 2002-2007-ci illərdə Qafqaz Universitetinin İqtisad İdari Bilimlər fakultəsi, Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil alıb. 
 Əmək fəaliyyətinə 01.08.2007-ci ildən 31.12.2007-ci ilədək Azərbaycan Resbuplikasının Milli Bankında Kredit təşkilatlarına nəzarət departamentinin mütəxəsisi kimi başlamışdır.
01.05.2008-ci ildən "Azərpoçt" MMC-nin RİEŞ-də iqtisadçı vəzifəsində, 26.11.2008-ci ildən isə RİEŞ-in rəisi vəzifəsində çalışır.


 

Alış Satış
1.7250 1.7900
1.5720 1.6120
0.0244 0.0254
GBP - -
SDR 1 SDR 2,1796