Xidmətlər

Pul köçürmələri

Zolotaya Korona

AZN/USD/EUR/RUB

  • Valyuta – manat / ABŞ dollar / avro / rubl

  • Maksimal məbləğ – 20.000 USD ekvivalenti
  • Köçürmə müddəti – 1-10 dəqiqə

  • Əhatə dairəsi – MDB ölkələri, Türkiyə, Gürcüstan və digər ölkələr

 

Zolotaya Korona təcili pul köçürmə sistemi üzrə tariflər ↓

 

Pul göndərmək üçün tələb olunur:

  • Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək(Ölkə vətəndaşları üşün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici pasport nəzərdə tutulur);
  • Pul köçürməsi göndəriləcək ölkəni, şəhəri, məbləği, göndəricinin soyadını, adını və ata adını bildirmək;
  • Göndəriləcək məbləği və köçürülmə üçün komissiyanı (tariflərə uyğun olaraq müəyyən edilir) poçt operatoruna təqdim etmək;
  • Göndərilməsi nəzərdə tutulan köçürmənin ərizə formasında qeyd edilən məlumatları yoxlamaq;
  • Məlumatlar düzgün olduğu halda göndərilməsinə icazə verərək müvafiq sənədləri imzalamaq;
  • Poçt əməkdaşı tərəfindən Sizə təqdim olunan 9 rəqəmli nömrə  və məbləğ barədə alıcıya məlumat verərək  qarşı tərəfdə  “Золотая Корона”  pul köçürmə sistemi ilə göndərilən pulu  ala biləcəyi xidmət məntəqələrini  bildirmək.

 

Pul almaq üçün tələb olunur:  

  • Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək (Ölkə vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici pasport nəzərdə tutulur);
  • Poçt operatoruna köçürmənin nömrəsini bildirmək;
  • Köçürmənin məbləğini,  ölkəsini və göndəricinin soyadını, adını və ata adını demək.

 

Xüsusi şərtlər:

  • Pul köçürmələri  Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun həyata keçirilir (Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar)
  • Fiziki şəxslər təqvim ayı ərzində 20 000 (iyirmi min) АBŞ dоllаrı ekvivalentini aşmamaq şərti ilə hesab açmadan ölkə xaricinə pul göndərişi həyata keçirə bilər.
support chat