
Western Union
AZN/USD/EUR/RUB
- Valyuta – manat / ABŞ dollar / avro
- Maksimal məbləğ – 20.000 USD ekvivalenti
- Köçürmə müddəti – 1-10 dəqiqə
- Əhatə dairəsi – Dünyanın 200-ə yaxın ölkəsi
“Western Union” təcili pul köçürmələri sistemi üzrə tariflər ↓
Pul göndərmək üçün tələb olunur:
- Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək(Ölkə vətəndaşları üşün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici pasport nəzərdə tutulur);
- Pul köçürməsi göndəriləcək ölkəni, şəhəri, məbləği, göndəricinin soyadını, adını və ata adını bildirmək;
- Göndəriləcək məbləği və köçürülmə üçün komissiyanı (tariflərə uyğun olaraq müəyyən edilir) poçt operatoruna təqdim etmək;
- Göndərilməsi nəzərdə tutulan köçürmənin ərizə formasında qeyd edilən məlumatları yoxlamaq;
- Məlumatlar düzgün olduğu halda göndərilməsinə icazə verərək müvafiq sənədləri imzalamaq;
- Poçt əməkdaşı tərəfindən Sizə təqdim olunan 10 rəqəmli nömrə və məbləğ barədə alıcıya məlumat verərək qarşı tərəfdə “Western Union” pul köçürmə sistemi ilə göndərilən pulu ala biləcəyi xidmət məntəqələrini bildirmək.
Pul almaq üçün tələb olunur:
- Poçt operatoruna şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etmək (Ölkə vətəndaşları üçün şəxsiyyət vəsiqəsi, xarici vətəndaşlar üçün xarici pasport nəzərdə tutulur);
- Poçt operatoruna köçürmənin nömrəsini bildirmək;
- Köçürmənin məbləğini, ölkəsini və göndəricinin soyadını, adını və ata adını demək.
Xüsusi şərtlər:
- Pul köçürmələri Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə uyğun həyata keçirilir (Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalar)
- Fiziki şəxslər təqvim ayı ərzində 20 000 (iyirmi min) АBŞ dоllаrı ekvivalentini aşmamaq şərti ilə hesab açmadan ölkə xaricinə pul göndərişi həyata keçirə bilər.