Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
Qeyd edirik ki, 20, 21, 22, 23, 24, 25, 28, 30, 31 mart tarixlərində növbətçi poçt şöbələri və PUDO (təhvil-təslim) məntəqələri aşağıdakı rejimdə işləyəcək:
|
Poçt məntəqələrimiz |
İş qrafiki |
| Bakı şəhəri, AZ1000 indeksli poçt şöbəsi; |
09:00-18:00 |
| Bakı şəhəri, AZ1002, AZ1040, AZ1063 indeksli poçt şöbələri; |
10:00-17:00 |
| Bakı şəhəri, AZ1044, AZ1073, AZ1124, AZ1138, AZ1144 indeksli poçt şöbələri; |
09:00-17:00 |
| Xırdalan şəhəri, AZ0100 indeksli Müştəri Xidmətləri Şöbəsi; |
09:00-17:00 |
| Regionlarda yerləşən Müştəri Xidməti Şöbələri; |
10:00-17:00 |
| AZ1017, AZ1039, AZ1047, AZ1053, AZ1104, AZ1123, AZ1133 indeksli poçt şöbələrindəki PUDO məntəqələri: |
09:00-17:00 |
Qeyd edək ki, istehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.
Həmçinin, 26, 27, 29 mart tarixlərində respublika üzrə bütün poçt şöbələri adi iş rejimində işləyəcək.