“Azərpoçt” MMC tərəfindən son 20 il ərzində universal poçt rabitəsi və poçt-maliyyə xidmətlərinin inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb; müasir tələblərə cavab verən poçt infrastrukturu qurulub.
Hazırda “Azərpoçt” 37 Poçt Filialı, 1123 Poçt Şöbəsi, 10 Şəbəkə xidmət mərkəzilə ölkənin bütün regionlarında, ucqar kənd və qəsəbələrində əhaliyə, dövlət və özəl qurumlara poçt və maliyyə xidmətləri göstərən ən böyük şəbəkəyə malik olan xidmət təşkilatıdır.