COP 29 çərçivəsində keçiriləcək Qlobal Yük Emissiyalarına Təsir Etmək üçün Poçt Şəbəkələrinin İstifadə Edilməsi yan tədbirində “Azərpoçt” MMC iştirak edəcək.
“Azərpoçt” MMC “Poçt işində İqlim Dəyər Zənciri: Yükdaşımalara qlobal diqqət” sessiyasında “İqlim nəzarəti və poçt əməliyyatları” mövzusu ilə çıxış edəcək.
Bugünə qədər yanacaq sərfiyyatını və karbon emissiyalarını minimuma endirmək üçün çatdırılma marşrutlarının optimallaşdırılmasını həyata keçirmiş milli poçt operatoru, bundan sonra da enerji səmərəliliyi, dayanıqlı logistika, kağızların azaldılması istiqamətində davamlı fəaliyyətin təmin olunması üçün beynəlxalq əməkdaşlığı müzakirə edəcək.