Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq, növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.
8 mart tarixlərində qeyd edilən poçt şöbələri aşağıdakı rejimdə işləyəcək.
|
Poçt məntəqələrimiz |
İş qrafiki |
|
1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi (AZ1000); |
09:00-18:00 |
|
2 saylı poçt filialının 63 (AZ1063) saylı poçt şöbəsi; |
10:00-17:00 |
|
2 saylı poçt filialının 124 (AZ1124), 138 (AZ1138), 144 (AZ1144) saylı poçt şöbələri; |
09:00-17:00 |
|
3 saylı poçt filialının 2, (AZ1002) 40 (AZ1040) saylı poçt şöbələri; |
10:00-17:00 |
|
4 saylı poçt filialının 44 (AZ1044) saylı poçt şöbəsi; |
09:00-17:00 |
|
Regionlarda yerləşən müştəri xidməti şöbələri |
10:00-17:00 |
İstehsalat zərurətilə əlaqədar olaraq 1 saylı Poçt Filialının 66, 108 və 152 saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin ediləcək.