Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilən 8, 9 və 10 noyabr tarixlərində “Azərpoçt” MMC əhalinin poçt, maliyyə, karqo və digər xidmətlərdən rahat və səmərəli istifadə etməsini təmin etmək məqsədilə xüsusi rejimdə fəaliyyət göstərəcək.
Bayram günlərində respublika üzrə fəaliyyət göstərəcək poçt şöbələrinin və PUDO (təhvil-təslim) məntəqələrinin siyahısını diqqətinizə çatdırırıq:
|
Poçt məntəqələrimiz |
İş qrafiki |
| Bakı şəhəri, AZ1000 indeksli poçt şöbəsi; |
09:00-18:00 |
| Bakı şəhəri, AZ1040, AZ1063 indeksli poçt şöbələri; |
10:00-17:00 |
| Bakı şəhəri AZ1002, AZ1044, AZ1124, AZ1138, AZ1144 indeksli poçt şöbələri; |
09:00-17:00 |
| Sumqayıt şəhəri AZ5000, Xırdalan şəhəri AZ0100 indeksli Müştəri Xidmətləri Şöbəsi; |
09:00-17:00 |
| Regionlarda yerləşən Müştəri Xidməti Şöbələri; |
10:00-17:00 |
| AZ1039, AZ1133 indeksli poçt şöbələrindəki PUDO məntəqələri: |
09:00-17:00 |
|
AZ1017, AZ1047, AZ1104, AZ1123, indeksli poçt şöbələrindəki PUDO məntəqələri: |
09:00-21:00 |
Qeyd edək ki, istehsalat zərurətilə əlaqədar olaraq 1 saylı poçt filialının 66 (AZ1066) və 152 (AZ1152) saylı poçt şöbələri adi iş rejiminə uyğun fəaliyyət göstərəcək.
Həmçinin, 11 noyabr tarixində respublika üzrə bütün poçt şöbələri adi rejimdə işləyəcək.