“Azərpoçt”un Şuşa və Xankəndi poçt filiallarından Avropa və ABŞ-yə məktub göndərilib

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin Şuşa və Xankəndi şəhərlərindən ilk dəfə beynəlxalq poçt göndərişi həyata keçirilib.

Məktublar MTP (“Most Traveled People”) Beynəlxalq Səyyahlar Klubunun üzvü, İrlandiya vətəndaşı David Joseph Langan tərəfindən İrlandiya və Kanadaya, digər klub üzvü Rhodora Burton Legaspi tərəfindən isə Nyu-Yorka göndərilib.

Göndərişlər “Azərpoçt” MMC-nin AZ5800 indekli Şuşa şəhər poçt filialı və AZ2600 indeksli Xankəndi şəhər poçt filialı vasitəsilə həyata keçirilib.

Eyni zamanda səyyahlara işğaldan azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili və Azərbaycanın mədəni, tarixi və memarlıq irsini əks etdirən poçt markaları haqqında məlumat təqdim olunub.

support chat