“Azərpoçt” MMC Ümumdünya Poçt İttifaqının Albaniyada keçirilən tədbirində təmsil olunub

Albaniyanın Tirana şəhərində Ümumdünya Poçt İttifaqının “Elektron ticarətə hazırlıq” tədbirinin üçüncü praktiki seminarı təşkil olunub.

Seminarda “Azərpoçt”un İdarə heyətinin üzvü Elgün Rəsulov və Daxili daşımalar departamentinin direktoru Madonna Əlixanova iştirak ediblər.

17 ölkədən 41 iştirakçının qatıldığı seminarda aşağıda qeyd olunan mövzular üzrə müzakirələr aparılıb:

  • Poçt və gömrük əməkdaşlığının gücləndirilməsi
  • ASYCUDA və CDS sistemləri arasında məlumat mübadiləsi
  • Qabaqcıl Elektron Məlumatlar üzrə yeniliklər
  • Risklərin qiymətləndirilməsi və poçt təhlükəsizliyi
  • Gömrük bəyannamələrində uyğunluğun artırılması

 

support chat