“Azərpoçt” MMC Çində keçirilən beynəlxalq seminarda təmsil olunub

2025-ci il 4-24 iyul tarixlərində “Azərpoçt” MMC-nin Filiallar şəbəkəsinin idarə edilməsi departamentinin direktoru Orxan Məmmədov Çin Xalq Respublikasında “Şanxay Əməkdaşlıq Təşkilatı üzrə Rəqəmsal İqtisadiyyat” mövzusunda  beynəlxalq seminarda iştirak edib. Tədbir Çin Xalq Respublikasının İnkişaf və İslahatlar üzrə Dövlət Komitəsinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin təşkilatçılığı ilə Pekin, Tyancin və Sian şəhərlərində keçirilib. 


Seminar çərçivəsində rəqəmsal iqtisadiyyat, süni intellekt texnologiyalarının tətbiqi, elektron hökumət xidmətləri, “ağıllı şəhər” həlləri, yaşıl rəqəmsal infrastrukturlar və sənaye internetinin inkişafı kimi aktual mövzular müzakirə olunub. Eyni zamanda, iştirakçılar arasında fikir mübadiləsi aparılıb və təcrübə paylaşımı həyata keçirilib. Çinin qabaqcıl texnologiya şirkətlərindən olan Lenova, Tencent, Siasun və digər qurumların innovativ layihələri təqdim olunub.


“Azərpoçt” MMC-nin Filiallar şəbəkəsinin İdarə edilməsi departamentinin direktoru Orxan Məmmədov Tyancin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Rəqəmsal İqtisadiyyat Forumu, eləcə də, Sian şəhərində təşkil olunan qabaqcıl istehsalat zəncirinin təşviqi mövzusunda beynəlxalq sərgidə də iştirak edib.


Həmçinin, Çin modeli əsasında “yaşıl rəqəmsal infrastruktur”un yaradılması və süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı əməkdaşlıq imkanları müəyyən edilib. Gələcəkdə Çin müəssisələrində azərbaycanlı gənc mütəxəssislərin təcrübə keçməsinə dair əməkdaşlıq formatları da təklif olunub.

support chat