“Azərpoçt” MMC 2024-cü ili mənfəətlə başa vurub

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin əsas fəaliyyət istiqamətlərini poçt və maliyyə əməliyyatları təşkil edir.

2024-cü ildə “Azərpoçt”un ümumi gəlirləri əvvəlki ilə nisbətən 6,5% artaraq 78,5 milyon manat olub.

Ümumi gəlirin 30% və ya 22,8 milyon manatı poçt xidmətlərinin, 60% və ya 46,7 milyon manatı isə maliyyə xidmətlərinin payına düşüb.

“Azərpoçt” MMC 2024-cü il üzrə fəaliyyətini uğurla başa vurub. Belə ki, 5 milyon manat xalis mənfəət əldə edib.

İl sonunda cəmi aktivlər 773.5 milyon manat təşkil edib ki, bunun da 578.9 milyon manatı cari aktivlərin payına düşür.

support chat