“Azərpoçt” bayram günlərində də vətəndaşlara xidmət göstərəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

31 dekabr 2023-cü il tarixindən 7 yanvar 2024-cü il tarixinədək respublika üzrə fəaliyyət göstərəcək şöbələrin siyahısı:

Poçt məntəqələrimiz

İş qrafiki

1 saylı poçt filialının Mərkəzi Poçt Şöbəsi (AZ1000);

 09:00-18:00

2 saylı poçt filialının 63 (AZ1063) saylı poçt şöbəsi;

 10:00-17:00

2 saylı poçt filialının 124 (AZ1124), 138 (AZ1138), 144 (AZ1144) saylı poçt şöbələri;

 09:00-17:00

3 saylı poçt filialının 2, (AZ1002) 40 (AZ1040) saylı poçt şöbələri;

 10:00-17:00

4 saylı poçt filialının 44 (AZ1044) saylı poçt şöbəsi;

 09:00-17:00

Regionlarda yerləşən müştəri xidməti şöbələri

 10:00-17:00

 

Qeyd edilən tarixlərdə istehsalat zərurəti yarandığı halda 1 saylı poçt filialının 66 və 152 saylı poçt şöbələri 10.00-dan 17.00-a qədər fəaliyyət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin ediləcək.            

support chat