“Azərpoçt” “Avropa Poçtu Filateliya Forumu 2025”-də təmsil olunub

2025-ci il 3-4 iyun tarixlərində Aland adalarının Mariehamn şəhərində Avropa Poçtunun təşkilatçılığı ilə Filateliya Forumu keçirilib.

Forum filateliya sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, həmçinin, sektorun davamlı inkişafını dəstəkləmək məqsədilə təşkilatları və aidiyyatı şəxsləri bir araya toplayıb.

Tədbirdə Avropa və digər regionlardan olan poçt təşklilatlarının filateliya üzrə məsul əməkdaşları və bu sahənin ekspertləri iştirak ediblər.

Bu forumda “Azərpoçt”u Marka şöbəsinin müdiri Sitarə Hüseynova təmsil edərək, görüş və müzakirələrdə iştirak edib.

İki gün davam edən forum çərçivəsində filateliyanın müasir çağırışlar fonunda inkişaf perspektivləri, innovativ yanaşmalar, rəqəmsallaşma, marka sənətkarlığı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.

 

support chat