Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı çərçivəsində bank-maliyyə sistemi nümayəndələrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan tədbirlərin davamı olaraq ağacəkmə aksiyası keçirilib.
Tədbirdə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-nin İdarə heyətinin üzvləri və digər əməkdaşları iştirak edib.
Aksiya çərçivəsində qeyd olunan ərazidə müxtəlif növ ağaclar əkilib.
Abşeron rayonunun Müşfiqabad qəsəbəsində baş tutan aksiyanın keçirilməsində məqsəd yaşıllıqların genişləndirilməsinə kömək etmək və ölkəmizdə ətraf mühitin mühafizəsinə töhfə verməkdir.