Haqqımızda

Beynəlxalq göndərişlər

Dəyərli istifadəçi,

Aşağıda sizə beynəlxalq istiqamət üzrə göndərilməsinə icazə verilən aşya və mallar haqqında məlumatlar təqdim olunur. Məlumatı nəzərdən keçirərkən, göndərişin sadə və sifarişli növ və yaxud  da paket, banderol və s. kimi qablaşdırma qaydalarına xüsusi diqqət yetirməyinizi xahiş edirik.

Nəzərinizə çatdırmaq istəyirik ki, poçt göndərişinin tarifi yuxarıda sadalanan xüsusiyyətlərdən asılı olaraq real əməliyyat zamanı formalaşır və bu barədə ən dəqiq məlumat əməliyyatçı tərəfindən sizə təqdim olunur.

  • Beynəlxalq sadə və sifarişli məktublarda və sənəd tərkibli sürətli poçt göndərişlərində yazışmalar, işgüzar sənədlər, fotoşəkillər, hesablar, qəbzlər və digər sənədlər göndərilir.
  • Beynəlxalq qiyməti bəyan olunmuş məktublarda sənədlər, sənəd və arayışların notarial qaydada təsdiq olunmuş surətləri, xarici valyutada ödəniş sənədləri, qiymətli kağızlar və digər qiymətli sənəd və əşyalar göndərilir.
  • Beynəlxalq sadə və sifarişli banderollarda poliqrafiya məhsulları, xəritələr, nümunələr, kataloqlar, broşürlər, kitab çapı üçün istifadə olunan kağız, karton və ya digər material üzərində reproduksiyalar və sair məhsullar göndərilir.
  • “M” kisələrində eyni göndərici tərəfindən eyni alıcıya və eyni təyinat yerinə ünvanlanan kütləvi informasiya vasitələrinin nəşrləri, kitab və digər çap məhsulları, habelə çap nəşrlərinin ayrılmaz hissəsi olan digər informasiya daşıyıcıları və əşyalar göndərilir.
  • Beynəlxalq sekoqramlarda sekoqrafik üsulla yazılmış və açıq şəkildə təqdim olunan məktublar, korlar üçün qabarıq şriftli çap nəşrləri, sekoqrafik yazı üçün klişe, korlar üçün nəzərdə tutulmuş səs yazıları və xüsusi kağızlar yalnız korlar təşkilatı tərəfindən göndərilir və  (və ya) onların ünvanına çatdırılır.
  • Beynəlxalq kiçik paketlərdə mal nümunələri və hədiyyə xarakterli, azqiymətli kiçik əşyalar göndərilir. Kiçik paketə, həmçinin, cari və ya şəxsi yazışma xarakterli sənədlərin qoyulmasına icazə verilir, lakin bu sənədlər yalnız kiçik paketin ünvançısına aid olmalıdır.
  • Beynəlxalq bağlamalarda və mal tərkibli beynəlxalq sürətli poçt göndərişlərində mədəni-məişət və istehsal təyinatlı əşyalar, uzun müddət saxlanıla bilən qida məhsulları, çap məhsulları bitkilər, dərman vasitələri, eləcə də təyinat ölkəsinə idxalına icazə verilmiş və qanunvericiliklə qadağan olunmamış digər əşya və  mallar göndərilir.