Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
16 Nov 2017

Dörd yüz poçt şöbəsində təbii qazdan istifadəyə görə ödənişin qəbulu mümkündür

 Azərbaycanda ən geniş xidmət şəbəkəsinə malik “Azərpoçt” MMC ənənəvi poçt xidmətləri ilə yanaşı, filial və şöbələrində valyuta əməliyyatları, kommunal ödənişlərin qəbulunu da həyata keçirir.

Ucqar rayon və kənd yerlərində bank filialları və ödəniş terminalları olmadığından vətəndaşlar təbii qazdan istifadəyə görə, “smart kart”lara ödəniş edilməsində problemlə üzləşib.

Bu istiqamətdə müraciətləri nəzərə alaraq "Azərpoçt" təbii qazdan istifadəyə görə ödənişlər üçün filiallarını daha 300 ədəd xüsusi qurğularla (card reader) təchiz edib. Hazırda rayonlarda 128, Bakı şəhərində isə 171 poçt şöbəsində qazdan istifadəyə görə ödənişlərin qəbuluna tam şərait yaradılıb.

 

Bundan əlavə, elektrik enerjisi üzrə də poçt şöbələrində "smart kart"ların balansını artırmaq mümkündür. Belə ki, respublika üzrə artıq 162 poçt şöbəsində elektrik "smart kart"larına ödənişlər həyata keçirilir.

 

Məqsəd ödəniş terminallarının olmadığı və azlıq təşkil etdiyi yerlərdə əhalinin  kommunal xidmət ödənişini poçtda həyata keçirməsinə şərait yaratmaqdır. 







18 Apr 2018 Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti ABŞ Aviapoçt unun 100 illik yubileyini qeyd edəcək
Bu il Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti hava poçtunun 100 illiyinə həsr olunmuş iki Forever (Əbədi) tipli poçt markalarını nəşr edəcək. Markalardan biri mavi, digəri isə qırmızı rəngdə olacaq.
ətraflı >>

17 Apr 2018 Azərekspresspoçt ÜPİ tərəifndən mükafata layiq görüldü
İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında(ÜPİ) EMS Kooperativinin 21-ci Ümumi Assambleyası keçirilib. Azərbaycan da daxil olmaqla EMS Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.
ətraflı >>

13 Apr 2018 Qazaxıstan poçtu 25 illik yubiley
Qazaxıstan poçtu 25 illik yubileyi şərəfinə "Gələcəyin poçtu" mövzusunda müsabiqə elan edib.
ətraflı >>

12 Apr 2018 Bakıda poçt göndərişləri üzərində gömrük nəzarəti mövzusunda seminar keçirilir
Bu gün Bakıda Avropa İttifaqının Texniki Yardım və İnformasiya Proqramı (TAIEX) çərçivəsində "Ümumdünya Poçt İttifaqı aktları ilə müşayiət olunan beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər tərəfindən daşınan sürətli poçt göndərişləri üzərində gömrük nəzarəti" mövzusunda seminar öz işinə başlayıb.
ətraflı >>

30 Mar 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qobustanda vətəndaşlarla görüşüb
Bu gün Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Qobustan şəhərində görüş keçirib.
ətraflı >>

29 Mar 2018 Nazir Qobustan şəhərində vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30.03.2018-ci il tarixdə saat 11:30-da Qobustan şəhərində Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarının sakinlərinə göstərilən poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və nəqqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı), bu sahələrdə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlar vətəndaşları qəbul edəcək.
ətraflı >>

19 Mar 2018 Bayram günlərində əhali fasiləsiz poçt,rabitə və nəqliyyat xidmətləri ilə təmin ediləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli və dayanıqlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>

19 Mar 2018 "Azərpoçt" MMC vasitəsilə Novruz bayramına həsr olunmuş marka dövriyəyə buraxılıb
Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə keçirilən ümumxalq şənliyində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən bayrama həsr olunmuş xüsusi stend təqdim olunub.
ətraflı >>

5 Mar 2018 200-dən çox insan "Azərpoçt"un aksiyana qoşuldu
Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC 8 Mart Beynəlxalq Qadınlar günü" münasibətilə məktub yazmaq aksiyası keçirib.
ətraflı >>

2 Mar 2018 Poçtap layihəsi çərçivəsində 747 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017 ) ildir sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>



Alış Satış
2.0900 2.1200
1.6970 1.7020
0.0275 0.0281
GBP 2.3900 2.4400
SDR 1 SDR 2,4754