Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
8 Apr 2016

Bakıda Ümumdünya Gömrük Təşkilatı və Ümumdünya Poçt İttifaqının birgə seminarı keçirilib

4-7 Aprel 2016-cı il tarixlərində Bakıda Ümumdünya Gömrük Təşkilatı (ÜGT) və Ümumdünya Poçt İttifaqının (ÜPİ) birgə seminarı keçirilmişdir.
 
Seminarda Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin təyin edilmiş operatorları üçün nəzərdə tutulan seminarda poçt və gömrük xidmətlərinin birgə əməkdaşlığı sahəsində beynəlxalq təcrübə, poçt göndərişlərinə dair qarşılıqlı elektron məlumat mübadiləsi, elektron ticarət, qadağan olunmuş və təhlükəli mallara qarşı birgə mübarizə və sair məsələlər müzakirə edilmişdir. günlük seminardan sonra tədbir iştirakçıları "Azərpoçt" MMC-nin mərkəzi poçt şöbəsində olmuş, şöbədə işin gedişatı ilə əyani olaraq tanış olmuşlar. 
 
Qeyd edək ki, Regional Rabitə Birliyi 1991-ci ildə Moskva şəhərində müstəqil dövlətlərin rabitə administrasiyası başçıları tərəfindən imzalanmış sazişə əsasən yaradılıb. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 17 dekabr 1991-ci ildən təşkilatın tamhüquqlu üzvüdür. 25 illik tarixə malik təşkilatın əsas fəaliyyət istiqamətlərinə RRB Administrasiyaları arasında qarşılıqlı sərfəli münasibətlərin genişləndirilməsi; elmi-texniki siyasət üzrə məsələlərin koordinasiyası, radio spektr idarəçiliyi; rabitə xidmətləri üzrə tarif siyasəti; kadr hazırlığı; qarşılıqlı informasiya mübadiləsi və s. daxildir.







16 fev 2018 Azərpoçtbeynəlxalq epistolyar inşa müsabiqəsinə start verdi
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirir. Ölkəmizdə bu müsabiqə Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyətivə Təhsil Nazirliyi ilə birgə təşkil edilir.
ətraflı >>

12 fev 2018 2017-ci ilin nəticələrinə görə Şəbəkə Travel turizim şirkəti kimi Azeri Bussiness Award mükafatına layiq görülüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə yaradılan Şəbəkə Travelin fəaliyyətə başlamasından 1 il ötür. Bütün növ poçt və telekommunikasiya xidmətlərinin göstərildiyi Şəbəkə mərkəzlərində turizim xidmətlərini təmin etmək üçün yaradılan Şəbəkə Travel müasir turizm standartlarına cavab verən çox profilli tur operatordur.
ətraflı >>

10 fev 2018 "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasının 1 ili tamam olur
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin istifadəyə verilməsindən 1 il ötür. Hazırda respublika üzrə 6 Şəbəkə xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir.
ətraflı >>

8 fev 2018 Azərpoçt 2017-ci ildə tranzit mərkəzdə HUB layihəsi çərçivəsində 4 milyon 343 mni 679 ədəd poçt həcmi emal edib
2016-cı ilin iyul ayından start götürən HUB layihəsi 2017-ci ildə də Azərbaycan Poçtunun ölkələrarası elektron kommersiyanın həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) kimi fəaliyyət göstərib.
ətraflı >>

1 fev 2018 Azərpoçtun yeni Debit MasterCard plastik kartları ilə edilən onlayn alış-veriş daha ucuz başa gələcək
Azərpoçt MMC ilk dəfə Debit MasterCard ödəniş kartlarının emissiyasına başlayıb. İlk etapda 20 min kartın personallaşdırılması nəzərdə tutulub.
ətraflı >>

26 Jan 2018 Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Xırdalanda vətəndaşlarla görüşüb
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Abşeron rayonunun inzibati mərkəzi Xırdalan şəhərində vətəndaşlar ilə görüşüb.
ətraflı >>

16 Jan 2018 2017-ci ildə ölkə ərazisinə daxil olan beynəlxalq poçt göndərişlərin sayı 876 min 509 ədəd təşkil edib.
Bu öncəki ilin müvafiq dövrü ilə müqayisədə 26,4% (183321 ədəd) çoxdur və bu göndərişlərin böyük əksəriyyəti elektron ticarət saytlarından sifariş olunan məhsullardır.
ətraflı >>

12 Jan 2018 Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturu
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli Fərmanı ilə TƏSDİQ EDİLMİŞDİR
ətraflı >>

29 Dec 2017 Qanvermə aksiyası keçirildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının, qurum və müəssisələrinin əməkdaşlarının iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş qanvermə aksiyası keçirilib.
ətraflı >>

28 Dec 2017 Bayram günlərində əhali fasiləsiz poçt xidmətləri ilə təmin olunacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
ətraflı >>



Alış Satış
2.0900 2.1200
1.6950 1.7010
0.0296 0.0302
GBP 2.3350 2.3850
SDR 1 SDR 2,4818