Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
6 Nov 2015

Dövlət Bayrağı Günü münasibətilə dövriyyəyə buraxılan marka və birinci gün zərflərinin təqdimat mərasimi keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə dövriyyəyə buraxılan marka və birinci gün zərflərinin Dövlət Bayrağı Muzeyində təqdimat mərasimi keçirilib.

 Dövlət Bayrağı Meydanının (DBM) 5 illik yubileyinə həsr olunmuş tədbirdə DBM-in Kompleksi İdarəsinin rəisi İlqar Mustafayev bu təntənəli günün tarixindən söz açıb. Dövlət Bayrağının milli suverenliyin simvolu olduğunu qeyd edən İ.Mustafayevin sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə hər il noyabr ayının 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.

 Prezidentin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında” sərəncamından da söz açan kompleks rəhbəri hazırda 5 illiyini qeyd edən DBM-nin yaradılmasının da dövlət rəmzləri sırasında xüsusi yer tutan Dövlət Bayrağına olan sonsuz ehtiramdan irəli gəldiyini vurğulayıb.
  
Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov da təqvimdə yer alan bayramlar sırasında Dövlət Bayrağı Gününün xüsusi yeri olduğunu vurğulayıb.
 
Azərbaycan bayrağının dünyada ən böyük və ən uca bayraq kimi  “Ginnes” dünya rekordları təşkilatı tərəfindən qeydə alındığını da xatırladan nazir müavini bayrağın xalqımızın qürur mənbəyi olduğunu qeyd edib.
 
Suveren dövlətin atributlarından biri kimi indiyə qədər Dövlət Bayrağı Günü münasibətilə “Azərmarka” MMC tərəfindən poçt markalarının dövriyyəyə buraxıldığını da nəzərə çatdıran İ.Məmmədov bu markaların filatelistlər və digər diplomatik nümayəndəliklər vasitəsilə bütün dünyaya yayıldığını qeyd edib. Onun sözlərinə görə, bu günə kimi Azərbaycan bayrağına həsr olunan 100-lərlə marka dövriyyəyə buraxılıb.
 
 Daha sonra üzərində Dövlət Bayrağı Meydanının təsvirinin yer aldığı zərf və markaların dövriyyəyə buraxılması münasibətilə ştempel vurulması mərasimi keçirilib.

 Marka və zərflər rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi İlqar Mustafayev tərəfindən ştempellənib.

 







19 May 2018 47-ci epistolyar inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı
Ümumdünya Poçt İttifaqı (ÜPİ) 47 ildir ki, təşkilata üzv ölkələrin poçt adminstrasiyaları ilə birgə ümümtəhsil məktəbliləri arasında epistolyar (məktub şəkilində yazı) inşa müsabiqəsi keçirilir.
ətraflı >>

11 May 2018 Poçtap layihəsi çərçivəsində 885 sənəd tapıldı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC tərəfindən reallaşdırılan sosial layihə çərçivəsində istifadəyə verilən Poçtap xidməti artıq 1 (2 mart 2017) ildən çoxdur ki, sənədini itirənləri sevindirir. Poçtap sayəsində itirilmiş sənədlər tapılaraq sahibinə qaytarılır.
ətraflı >>

10 May 2018 Heydər Əliyev-95 illik
Azərpoçt MMC-də milli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.
ətraflı >>

9 May 2018 Bakıda beşinci "Şəbəkə" xidmət mərkəzi fəaliyyətə başladı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi növbəti Şəbəkə xidmət mərkəzini istifadəyə verib. Yasamal rayonunda, Şərifzadə küçəsində yerləşən Şəbəkə xidmət mərkəzində bütün növ telekommunikasiya, poçt, bank və maliyyə əməliyyatları təşkil edilib.
ətraflı >>

4 May 2018 Nazir Ramin Quluzadə Ağdaşda vətəndaşlarla görüşdü
Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Ağdaş şəhərində görüş keçirib.
ətraflı >>

2 May 2018 Nazir Ağdaşda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 04.05.2018-ci il tarixində saat 15:00-da Ağdaş şəhərində Ağdaş, Kürdəmir, Ucar, Göyçay rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

2 May 2018 Türkiyə poçtundan maraqlı aksiya
Türkiyənin Poçt və Teleqraf Təşkilatı (PTT) Analar Gününə həsr olunmuş xüsusi məktub kampaniyası keçirəcək.
ətraflı >>

19 Apr 2018 Belarus milli poçt şəbəkəsinin operatoru olan Belpoçt 23-27 aprel 2018-ci il tarixləri arasında E-commerce"- elektron ticarət təqdimat həftəsi keçirəcək
Elektron ticarət bütün dünyada olduğu kimi, Belarus dövlətinin də logistika mərkəzinə çevrilməsində böyük rol oynayır. Beynəlxalq elektron ticarət məhsullarının poçt vasitəsilə daşınma və çatdırılması baxımından ölkə üçün yeni imkanlar açır.
ətraflı >>

18 Apr 2018 Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti ABŞ Aviapoçt unun 100 illik yubileyini qeyd edəcək
Bu il Amerika Birləşmiş Ştatlarının Poçt Xidməti hava poçtunun 100 illiyinə həsr olunmuş iki Forever (Əbədi) tipli poçt markalarını nəşr edəcək. Markalardan biri mavi, digəri isə qırmızı rəngdə olacaq.
ətraflı >>

17 Apr 2018 Azərekspresspoçt ÜPİ tərəifndən mükafata layiq görüldü
İsveçrənin Bern şəhərində yerləşən Ümumdünya Poçt İttifaqında(ÜPİ) EMS Kooperativinin 21-ci Ümumi Assambleyası keçirilib. Azərbaycan da daxil olmaqla EMS Kooperativinə üzv olan Avropa ölkələri mərasimdə iştirak ediblər.
ətraflı >>



Alış Satış
1.9700 2.0000
1.6970 1.7010
0.0272 0.0277
GBP 2.2400 2.2900
SDR 1 SDR 2,4123