Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
16 Oct 2014

Azərbaycan poçtunun uğurları Almaniyada maraqla qarşılanıb

“Azərpoçt” MMC-nin Keyfiyyətə nəzarət şöbəsinin rəisi Novruz Qalayev və Xaçmaz Regional Poçt Filialının rəisi Ənvər Məhyəddinov Almaniyanın Frankfurt şəhərində “POSTEUROP”-un poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi mövzusunda keçirdiyi seminarda iştirak ediblər.

  Keçirilən tədbirə “POSTEUROP” ölkələrinin poçt operatorları ilə yanaşı, Rusiya, Ukrayna, Qazaxıstan və Azərbaycan təmsilçiləri, Ümumdünya Poçt İttifaqının (ÜPİ) Qlobal Monitorinq Sisteminin, eləcə də Almaniyanın “Lufthanza” aviaşirkətinin nümayəndələri də qatılıblar.

Tədbirdə “POSTEUROP” üzvləri arasında beynəlxalq məktub korrespondensiyasını təyin edən G+3 nəzarət-keçid müddətinə dair göstəricilər, poçt daşımaları üzrə marşrutların idarə edilməsi, ÜPİ-nin E2E Qlobal Monitorinq Sistemi, Almaniyanın “Lufthanza” aviaşirkətinin tranzit aviadaşımaları, Avropa Birliyi ölkələri üzrə poçt-gömrük əlaqələri və elektron-ticarət  məsələləri müzakirə edilib.

Tədbirin gündəliyinə uyğun olaraq -“POSTEUROP”-un bəzi üzvləri poçt xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üzrə  apardıqları işlərə dair hesabat xarakterli çıxışlar ediblər. Azərbaycan nümayəndələri ölkəmizdə beynəlxalq poçtun keyfiyyətinin yüksəldilməsi uğrunda son illər aparılan işlər, o cümlədən beynəlxalq izləmə, Qlobal Monitorinq, ÜPİ-nin Poçt Texnologiyaları, Müştəri Xidmətləri Sistemlərinə qoşulma, beynəlxalq poçt göndərişlərinin, EDİ mesajlarının vaxtında ötürülməsi və s. barədə ətraflı məlumat verilib.
 
Eyni zamanda cari ilin noyabr ayında ÜPİ-nin “POSTEUROP” ilə birlikdə “Azərbaycanda poçtun istismarı və keyfiyyətin idarə edilməsi” üzrə xüsusi layihəsi və bu tədbir üzrə aparılan hazırlıq işlərinə dair iştirakçılara geniş məlumat verilib. Həmçinin sözügedən layihə ilə əlaqədar Azərbaycanın təyin olunmuş poçt operatoru adından ÜPİ və “POSTEUROP”-un rəhbərliyinə təşəkkür edilib.

Azərbaycan nümayəndələri ən ucqar kəndlərdə tətbiq edilən poçt layihələri haqqında geniş məlumat veriblər. Bu layihələr Xaçmaz Regional Poçt Filialının timsalında konkret faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bu təqdimatlar seminar iştirakçılarının böyük marağına səbəb olub.

Tədbir istirakçıları Frankfurt beynəlxalq Poçt Çeşidləməsi Mərkəzinin işi ilə yaxından tanış olublar.

Bu Mərkəz ən müasir texnika və texnologiyalardan istifadə edilmiş 8 mərtəbədən ibarətdir. Burada bütün poçt göndərişləri avtomatlaşdırılmış sistemlə çeşidlənərək, həm avia, həm də yerüstü poçtla demək olar ki, dünyanın əksər ölkələrinə göndərilir. Poçt bu mərkəzdə  24 saat ərzində çeşidlənir.
Tədbir zamanı poçt daşımaları üzrə marşrutların idarə edilməsi ilə əlaqədar təşkil edilmiş  qruplar üzrə seminar təşkil edilib. Azərbaycan nümayəndələri 2-ci qrupda Almaniya, Fransa, Ukrayna, Qazaxıstan, Türkiyə nümayəndələri ilə “dəyirmi masa”da tərəfləri maraqlandıran maraqlı və faydalı müzakirələr aparıb.

Seminarın gedişatı zamanı proqramda nəzərdə tutulduğu kimi, beynəlxalq poçt göndərişlərinin qəbulu, daşınması və göndərilməsi prosesində poçt, gömrük və aviaşirkətlər arasında gömrük bəyannamələrinin elektron mübadiləsinin aparılması və onun əhəmiyyəti (təhlükəsizlik, sürət, etibarlılıq), bir sözlə, keyfiyyət göstəricilərinin yüksəldilməsi barədə ətraflı məlumat verilib, həmçinin maraqlı diskussiyalar aparılıb. Azərbaycan nümayəndələri bütün diskussiya və təkbətək görüşlər zamanı fəallıq göstərib.

Tədbirdə Almaniya poçt operatorunun elektron ticarət üzrə təqdim etdiyi təqdimat iştirakçıların marağına səbəb olub. Məlumat üçün bildirək ki, alman poçtu bu sahədə ən qabaqcıl ticarət şirkətləri ilə əməkdaşlıq edərək xeyli gəlir əldə edir.

Bundan başqa tədbirdə iştirak edən “Kazpoçt”un nümayəndəsi bildirib ki, onlar Cin Xalq Respublikası ilə sərhəddə yeni mübadilə məntəqəsi yaradaraq, birbaşa yerüstü beynəlxalq mübadilə həyata keçirirlər.







18 Oct 2018 PostEurop Avropa markaları müsabiqəsi keçirib
Tədbir hər il keçirilir və müsabiqədə sadəcə identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan PostEurop-un üzv ölkələrinin milli poçt operatorları iştirak edir. Müsabiqənin mövzusu PostEurop-un marka və filatelistlər üzrə işçi qrupu tərəfindən seçilir. Bu ilin mövzusu körpülər olub.
ətraflı >>

17 Oct 2018 Azərpoçt MMC bank nominasiyasının qalibi oldu
Azərbaycanın milli poçt operatoru Azərpoçt MMC Mastercard debet layihəsini uğurla tamamlayan bank nominasiyasının qalibi elan edilib. Bu münasibətlə AzərpoçtMMC xüsusi sertifikata layiq görülüb.
ətraflı >>

16 Oct 2018 Yeni il poçt markaları artıq dövriyyədə
Belarus Respubikası Rabitə və İnformasiyalaşdırma Nazirliyi Yeni ilə həsr olunmuş poçt markalarını dövriyyəyə buraxıb. Markaların tirajı 60 mindir.
ətraflı >>

12 Oct 2018 18 oktyabrda Dünya Mədəniyyət Xadimləri seriyası çərçivəsində yazıçı Ceyms Oldricin anadan olmasının 100 illiyinə həsr olunan orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq
Ceyms Oldric (19182015) - Britaniyalı yazıçı və jurnalistdir. Onun İkinci Dünya müharibəsi haqqında olan əsərləri bir çox ölkələrdə nəşr olunub, 30-dan çox kitabın müəllifidir.
ətraflı >>

9 Oct 2018 9 oktyabr - Poçt işçilərinin peşə bayramıdır
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cü əsrə təsadüf edir. 1818-ci ildə isə Gəncədə, o vaxtki Yelizavetpolda poçt kontoru açılıb. Bu isə o deməkdir ki, Azərbaycanda rəsmi olaraq poçt sahəsinin inkişafı 200 illik bir dövrü əhatə edir.
ətraflı >>

8 Oct 2018 Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyalı markalar zərflərdə
9 oktyabrda Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyası çərçivəsində ordu generalı A.V.Xrulyeva adına Maddi-Texniki Təchizat Üzrə Hərbi Akademiyanın Hərbi İnstitutunun 100 illiyinə həsr olunmuş orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq.
ətraflı >>

6 Oct 2018 6 Oktyabr Poçt və Teleqraf Nazirliyinin yarandığı gündür
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrə təsadüf edir. 1818-ci il, iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib.
ətraflı >>

5 Oct 2018 Çeçenistan paytaxtının 200 illiyi şərəfinə marka
Bu gün Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş marka poçt dövriyyəsinə buraxılıb. Markanın üzərində Qroznı-Siti yüksək mərtəbəli binalar kompleksinin fonunda A.Kadırov adına Çeçenistanın ürəyi məscidi təsvir olunub.
ətraflı >>

5 Oct 2018 Moldova poçtu xatirə markaları buraxır
Moldova Respublikasının Ticarət-Sənaye Palatasının yüz illiyi nə həsr olunan markanın həkk edildiyi poçt zərfləri dövriyyəyə buraxılıb. Zərflərin tiraj həcmi 20 min nüsxədən ibarətdir.
ətraflı >>

4 Oct 2018 Belpoçtada müəllimlərə təbrik
Oktyabrın 5-də Belpoçta RUM xüsusi ayrılmış poçt rabitəsi şöbələrində Müəllimlər günü münasibətilə təqdimat tədbiri keçirəcək.
ətraflı >>



Alış Satış
1.9370 1.9580
1.6990 1.7015
0.0253 0.0260
GBP 2.2050 2.2450
SDR 1 SDR 2,3684