Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
30 Sep 2014

Azərpoct MMC mükafatlandırıldı

 Bu gün Türkiyənin ölkəmizdə olan  səfirliyinin binasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) təşəbbüsü ilə Soma faciəsi zamanı AzQAC tərəfindən həyata keçirilən yardım kampaniyasında fəal iştirak edən şəxslər mükafatlandırılıb.

Millət vəkilləri, media nümayəndələri, QHT rəhbərləri və mədəniyyət xadimlərinin iştirakı ilə baş tutan tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  Prezidenti, deputat Novruz Aslanov çıxış edib. Millət vəkili yaxın tarixin böyük faciəsi olan Soma fəlakətinin bütün türk dünyasının faciəsi olduğunu vurğulayıb.
 
Azərbaycanın Somaya ilk yardım göndərən ölkələrdən  olduğunu qeyd edən Novruz Aslanov AzQAC olaraq  kampaniyanı həyata keçirən zaman ona dəstək olan deputatlara, ictimai xadimlərə,  mədəniyyət nümayəndələrinə öz minnətdarlığını bildirib. Novruz Aslanov kampaniyanı geniş işıqlandıran media qurumlarının da fəaliyyətini vurğulayaraq, onlara təşəkkür edib.
AzQAC sədri bu gün Azərbaycanın  donor  ölkəyə çevrildiyini  bildirib.
 
Daha sonra Türkiyənin ölkəmizdə olan səlahiyyətli və  fövqəladə səfiri Çoşqun Alpər Soma fəlakətinin təkcə Türkiyə  üçün deyil, bütün  türk dünyası üçün faciə olduğunu bildirib. Səfir Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu qeyd edərək, bundan sonra da bu tarixi ənənənin davam etdiriləcəyinə tədbir iştirakçılarını əmin edib.

Daha sonra kampaniyada aktiv iştirak edənlər mükafatlandırılıb. Mükafatlanalar arasında millət vəkilləri Əhliman Əmiraslanov, Xanhüseyn Kazımlı, Aydın Mirzəzadə, Gövhər Baxşəliyeva, Elmira Axundova, Eldar Quliyev, Ayaz Orucov, Qənirə Paşayeva, Əli Məsimli, Aqiyə Naxçıvanlı, Fəttah Heydərov, Əliağa Hüseynov, Ərəstun Cavadov, Sədaqət Vəliyeva, Sevinc Huseynova, Məlahət İbrahimqızı Rüfət Quliyev, Madər Musayev, Əsabil Qasımov, Kamilə Əliyeva, Cavanşir Fərziyev, Nəriman Əliyev, Ağacan Əbiyev, Elton Məmmədov, İqbal Məmmədov, Ziyad Səmədzadə, Malik Həsənov, Abel Məhərrəmov, Tahir Süleymanov, Arif Əşrəfov, Nazim Fərəcov, Adil Əliyev, eks-deputat Dünyamin Xəlilov, xalq artisti Nisə Qasımova, əməkdar artist Mətanət İsgəndərli və gənc müğənni Orxan Babəzadə, ictimai xadimlərdən iş adamı  Hacı İbrahim Nehrəmli, “Azərpoct” MMC-nin baş direktoru Qəmbər Bəybalayev,   media və digər qurumlarından isə “Modern.az”, APA informasiya agentliyi olub.







13 Dec 2018 12 tikilidən ibarət Dimitrov Kremli muzey-qoruğu şərəfinə marka dövriyyədə
Rusiya poçtu Dimitrov Kremli muzey-qoruğunun 100 illiyinə həsr olunan markanı poçt dövriyyəsinə buraxıb. Əlavə olaraq, bu gün Moskva və Dmitrova Moskva vilayəti üçün İlk gün zərfi hazırlanıb, üzərinə xüsusi həkketmə həyata keçirilib.
ətraflı >>

13 Dec 2018 Nazir Biləsuvar rayonunda vətəndaşlarla görüşəcək
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sabah saat 11:30-da Biləsuvar şəhərində Biləsuvar, Cəlilabad, Salyan, Neftçala və Cəbrayıl rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
ətraflı >>

12 Dec 2018 Qazaxıstan teatr sənəti. Yermek Serkebayev markası poçt dövriyyəsində
Qazaxıstan Poçtu Qazaxıstan teatr sənəti. Yermek Serkebayev markasını poçt dövriyyəsinə buraxıb. Poçt markasının üzərində Yermek Serkebayevin portreti əks olunub. Layihənin dizayn rəssamı S. Marşaldı. Markanın tirajli 10 min nüsxə təşkil edir.
ətraflı >>

11 Dec 2018 Azərbaycanın UNICEF-lə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş poçt markası
BMT-nin Uşaq Fondu (UNICEF) Azərbaycan hökuməti ilə tərəfdaşlığının 25 illiyinə həsr olunmuş xatirə poçt markası nəşr etdirib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərmarka MMC-nin direktoru Leyla Güləliyevanın və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardinin iştirakı ilə marka imzalanaraq möhürlənib.
ətraflı >>

11 Dec 2018 Çingiz Aytmatovun 90 illiyinə həsr olunan poçt markası dövriyyədə
Qırğızıstan İnformasiya Kommunikasiya Texnologiyalar Dövlət Komitəsi Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatovun (1928 - 2008) 90 illiyinə həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Orijinal markada Çingiz Aytmatovun portreti əks olunub.
ətraflı >>

10 Dec 2018 ePttAVM.com Azərbaycan bazarına daxil olur
Azərbaycanda türk məhsullarının satışı PTT və Azərpoçt vasitəsilə həyata keçiriləcək. Qarşıdakı aylarda ePttAVM.com sistemindəki məhsulları azərbaycanlı istehlakçılar üçün satışa çıxarılacaq.Məhsullar Bakıya qədər PTT vasitəsi ilə, Bakıda isə Azərpoçt vasitəsi ilə operativ şəkildə istehlakçıların ünvanlarına çatdırılacaq.
ətraflı >>

7 Dec 2018 Azərpoçt MMC Rusiya poçtu ilə memorandum imzalayıb
Bakutel-2018 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Rusiya poçtu arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Məqsəd tərəflər arasında poçt, maliyyə və elektron xidmətlər sahəsində yaranan problemlərin aradan qaldırılmasıdır.
ətraflı >>

6 Dec 2018 6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır
Azərbaycan rabitəsi zəngin tarixi köklərə malikdir. Belə ki, Hülakilər dövlətini iqtisadi və siyasi böhrandan qurtarmaq üçün Qazan xan hələ 1303-cü ildə poçt sahəsində islahatlar həyata keçirmişdir. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur. 1881-ci il 6 dekabr tarixində isə Nobel qardaşları cəmiyyəti tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilmişdir.
ətraflı >>

6 Dec 2018 Bakı Beynəlxalq Avtovağzal Kompleksində Şəbəkə xidmət mərkəzi istifadəyə verildi
6 dekabr rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün paytaxtda növbəti Şəbəkə xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir.
ətraflı >>

5 Dec 2018 Qar qız poçt markasında
DekabrIN 4-də Rusiya poçtu Yeni il bayramına həsr olunan poçt markasını dövriyyəyə buraxıb. Poçt markasının üzərində qış meşəsi və Qar qız təsvir olunub.
ətraflı >>



Alış Satış
1.9100 1.9400
1.6990 1.7025
0.0250 0.0257
GBP 2.1300 2.1800
SDR 1 SDR 2,3482