Bizimlə əlaqə: (012) 493-56-00
Bizimlə əlaqə: (012) 493-56-00 Az En
   Elektron xidmətlər
   İndeks və Ünvanların axtarışı
   Poçt göndərişlərinin izlənilməsi
   Məktub yazmaq
   Elektron Xidmətlər Portalı
   Elektron İmzası
   E-Ticarət
Xəbərlər
24 Dec 2013

Ağsaqqal rabitəçi Tofiq Ələkbərzadənin 75 illik yubileyi qeyd olunub

 "Azərpoçt" MMC-də Respublika Rabitəçi Ağsaqqallar Şurasının sədr müavini, təqaüdçü rabitəçi Tofiq Ələkbərzadənin 75 illik yubileyi qeyd olunub. Tədbirdə "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev yubilyar haqqında fikirlərini bölüşərək qeyd edib ki, T.Ələkbərzadə Azərbaycanın rabitə həyatında mühüm addımlar atan şəxslərdən biri olub.
 
Yubilyarın ölkənin rabitə sahəsində əməyin yüngülləşdirilməsi ilə bağlı xidmətlərindən danışan Q.Bəybalayev, 75 yaşını qeyd edən T.Ələkbərzadənin yeniliklərinin, ixtiralarının təkcə Azərbaycanda deyil, eyni zamanda keçmiş sovet respublikalarında da geniş yayıldığını söyleyib.
 
“Onun poçtalyonların işini asanlaşdırmaq məqsədi daşıyan ixtirası, yəni binaların bloklarına poçt yeşiklərinin qoyulması fikri poçt xidmətində operativliyi artırıb, vaxt itkisinin qarşısını alıb”.
 
Rabitə fəaliyyətindən başqa T.Ələkbərzadənin gənc kadrların yetişdirilməsində də böyük rolunun olduğunu qeyd edən Q.Bəybalayev bildirib ki, yubilyar ahıl yaşında da boş oturmayıb, rabitə sahəsində təhsil alanlara proqramlar hazırlayıb, dərslər deyib:
 
“Onun dərs dediyi tələbələrə bu gün respublikanın hər yerində rast gəlmək mümkündür. Tofiq müəllimin tələbələri rabitə sahəsini daha dərindən mənimsəyərək müxtəlif poçt şöbələrində fəaliyyət göstərirlər”.
 
T.Ələkbərzadənin bu günə qədər olan  fəaliyyətinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən qiymətləndirildiyini və nazir Əli Abbasovun bununla bağlı əmr imzaladığını qeyd edən baş direktor “Fəxri fərman”ı və pul mükafatını yubilyara təqdim edib.
 
Sonra çıxış edən təqaüdçü rabitəçilər T.Ələkbərzadənin fəaliyyətindən söz açaraq xoş arzularını bildiriblər.
 
T.Ələkbərzadə də ona göstərilən diqqətə görə  rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova təşəkkürünü bildirərək qeyd edib ki, Azərbaycan rabitəsinin inkişafı üçün bundan sonra da əlindən gələn köməkliyi göstərməyə hazırdır: “Deyirlər, vaxt boş keçir. Mən heç vaxt ömrümü boşuna vermək istəməmişəm. Hər an çalışmışam. Hətta işdən sonra da kollecdə dərs deyərək bu sahənin mütəxəssislərinin hazırlanmasında iştirak etmişəm. Qeyd etməliyəm ki, bu gün Azərbaycan rabitəsi özünün inkişaf dövrünü yaşayır. Sözün həqiqi mənasında, Əli Abbasov nazir təyin olunandan sonra rabitə sahəsində sıçrayışlı inkişafa nail olunub”.
 
Daha sonra 6 dekabr Azərbaycan rabitəçilərinin peşə günü münasibəti ilə “Rabitə ustası” və “Fəxri fərman” alan şəxslərə diplomları təqdim olunub.







12 Oct 2018 18 oktyabrda Dünya Mədəniyyət Xadimləri seriyası çərçivəsində yazıçı Ceyms Oldricin anadan olmasının 100 illiyinə həsr olunan orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq
Ceyms Oldric (19182015) - Britaniyalı yazıçı və jurnalistdir. Onun İkinci Dünya müharibəsi haqqında olan əsərləri bir çox ölkələrdə nəşr olunub, 30-dan çox kitabın müəllifidir.
ətraflı >>

9 Oct 2018 9 oktyabr - Poçt işçilərinin peşə bayramıdır
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cü əsrə təsadüf edir. 1818-ci ildə isə Gəncədə, o vaxtki Yelizavetpolda poçt kontoru açılıb. Bu isə o deməkdir ki, Azərbaycanda rəsmi olaraq poçt sahəsinin inkişafı 200 illik bir dövrü əhatə edir.
ətraflı >>

8 Oct 2018 Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyalı markalar zərflərdə
9 oktyabrda Rusiya Silahlı Qüvvələrinin Tarixi seriyası çərçivəsində ordu generalı A.V.Xrulyeva adına Maddi-Texniki Təchizat Üzrə Hərbi Akademiyanın Hərbi İnstitutunun 100 illiyinə həsr olunmuş orijinal markalı zərf poçt dövriyyəsinə buraxılacaq.
ətraflı >>

6 Oct 2018 6 Oktyabr Poçt və Teleqraf Nazirliyinin yarandığı gündür
Azərbaycanda poçt rabitəsi 16-cı əsrdən inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə 19-cu əsrə təsadüf edir. 1818-ci il, iyun ayının 1-də Gəncə şəhərində ilk poçt kontoru açılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər telefon rabitəsi də inkişaf edib.
ətraflı >>

5 Oct 2018 Çeçenistan paytaxtının 200 illiyi şərəfinə marka
Bu gün Qroznı şəhərinin 200 illiyinə həsr olunmuş marka poçt dövriyyəsinə buraxılıb. Markanın üzərində Qroznı-Siti yüksək mərtəbəli binalar kompleksinin fonunda A.Kadırov adına Çeçenistanın ürəyi məscidi təsvir olunub.
ətraflı >>

5 Oct 2018 Moldova poçtu xatirə markaları buraxır
Moldova Respublikasının Ticarət-Sənaye Palatasının yüz illiyi nə həsr olunan markanın həkk edildiyi poçt zərfləri dövriyyəyə buraxılıb. Zərflərin tiraj həcmi 20 min nüsxədən ibarətdir.
ətraflı >>

4 Oct 2018 Belpoçtada müəllimlərə təbrik
Oktyabrın 5-də Belpoçta RUM xüsusi ayrılmış poçt rabitəsi şöbələrində Müəllimlər günü münasibətilə təqdimat tədbiri keçirəcək.
ətraflı >>

28 Sep 2018 Ukraynada marka təsvirli yeni sikkə dövriyyədə
Ukrayna Milli Bankı Ukraynanın ilk poçt markalarının buraxılmasının 100 illiyi xatirə sikkəsini buraxıb.
ətraflı >>

27 Sep 2018 Rusiya Poçtu mobil poçt-kassa terminallarının sayını 24 minə çatdırıb
Rusiya Poçtu 24 min poçtalyonu evdə maliyyə xidmətlərinin göstərilməsi üçün mobil poçt-kassa terminalları ilə təmin edib. Bu xidmət Rusiya Poçtunun 79 filialında göstərilir.
ətraflı >>

26 Sep 2018 Bakıdakı ilk Beynəlxalq Elektron Ticarət Forumu başa çatdı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Bakıda keçirilən ilk Elektron Ticarət Forumu öz işini yekunlaşdırıb.
ətraflı >>



Alış Satış
1.9550 1.9770
1.6990 1.7015
0.0254 0.0260
GBP 2.2250 2.2600
SDR 1 SDR 2,3763